WhatsApp Image 2020 08 14 at 02.30.03

Azərbaycan 70 ildən sonra müstəqil dövlət oldu. Dünya gücləri Azərbaycanın müstəqilliyini tanıdı. İndi xalqımız özü öz müqəddəratını həll etməlidir. Bunun üçün kimdənsə nəsə gözləməməliyik. Bəlkə də kimsə bilir, yaxud bilmir Azərbaycan Demokratik Cümhuriyyəti bizim böyük mütəfəkkirlər tərəfindən quruldu, amma özünü dünya demokratiyasını beşi sayan çox dövlətlər bizim müstəqilliyimizi vaxtında tanımadılar. Məqam gözləyirdilər. Onlar gözləməkdə oldu, Rusiya Azərbaycanın müstəqilliyini işğal etdi. Bəs demokratik ölkələr nə fikirləşdi? Heç nə! Sanki belə də olmalı idi. Azərbaycanın müstəqilliyi tanınmamışdı. 
    
Onda Türkiyənin başını özünə qatmışdılar. Ruslara da elə bu lazım idi. Fürsəti əldən buraxmadılar. Azərbaycanın təbii sərvətləri, ən əsası, nefti  Rusiya üçün çox gərəkli idi. 
Artıq dünyanın düzəni dəyişib. Ən əsası, mədəniyyətlərin bir-birinə intiqrasiyası gərəkdir. Bizim mədəniyyətimiz də, siyasətimiz də, iqtisadiyatımız da Türkiyə ilə sıx bağlıdır. Biz birlikdə öz mədəniyyətimizlə, siyasətimizlə, diplomatiyamızla dünyaya inteqrasiya edə bilərik.
    
Tovuz hadisələri Azərbaycandan çox Türkiyəyə təhdid idi. Bunu dünya düzənlərində özlərini göstərməyə çalışanlar yaxşı bilirdi. Türkiyə ilk cavabını diblomatiya dilində, sonra hərbi  dili ilə, ondan sonra siyasət dili ilə başa salıb mesajını verə  bildi. Bunlar şərt idi, ardıcıllıqla cavab vermək. 
Daha sonra nə oldu? Şanlı türk ordusu qədəmlərini Azərbaycan torpaqlarına basdı. Bu belə də olmalı idi. Türkiyəni hərbi gücü göz qabağındadır. Lazım  gəlməli idi,  gəldi də. Azərbaycanın ərazi bütövlüyü uğrunda, Türk ordusu Azərbaycandan icazəsiz də Azərbaycan ərazisində işğalçılara qarşı qol gücünü göstərə bilər və göstərməlidir. Biz iki dövlət, bir millətik. Qardaş-qardaşın çətin günündə yanında olmaq üçün icazə almamalıdır. 
     
Qaldı  ki, bizim Rusiyadan qopmağımıza. Hə, biz qopmalıyıq!
     
Müəyyən siyasətçilər Xarici İşlər Naziri Ceyhun Bayramovu qınayır. Ceyhun Bayramovun deyimində heç bir qəbahət yoxdu. O deyib: “Biz sülh yolu ilə torpaqlarımızı azad etmək fikrindəyik”.  Düz deyir, özü də çox düz deyir, bu diplomatik gedişdir. Diplomat belə deməlidir. 
      
Bir şey xatırladım, Rusiyadan qopmaq üçün, zəli məsələsini yada salaq. Zəlini müalicə üçün insanın bədəninə qoyanda şirin su ilə həmin nahiyyəni silib zəlini oraya qoyurlar, zəli şirəli olan yerə tez yapışır. Zəlini götürmək üçün duzlu su qoyurlar ki, zəlini o nahiyyədən qopara bilsinlər. 
Diplomatiyanın, siyasətin dili ilə danışıb, yaralı yerimizə duzlu su qoymalıyıq, zəlilər bədənimizdən qopsun.
     
Qaldı ki, Qarabağın azadlığına, o yaxın vaxtlarda öz həllini tapacaq. İnkişaf yolumuz  ona doğru gedir. Qarabağın azadlığı, cənublu, şimallı Azərbaycanın birliyindən keçir. Necə ki,  bir vaxtlar bizi ayırıb paramparça etdilər, birləşəcəyik, heç kəs mane ola bilməyəcək. Azərbaycan bütöv olacaq. İnşallah, yaxın günlərdə bu bizə nəsib olacaq. 
Qalib ŞƏFAHƏT.

araz.az xəbər portalı.