Sosial şəbəkə istifadəçisi Natiq Huseyinov mağaza sahiblərinin yalançı reklamlarla müştərilərin başlarını aldatmalarından şikayətçidir:
“Bu gün MDoutlet mağazalar şəbəkəsindən reklam gözümə deydi ki, Babək filialında maya dəyərindən aşağı olan trussardi markasi diqqətimi cəlb etdi. Vitrində qiyməti 39 azn idi, satıcını çağırdım ki, bu köynəyi almaq istəyirəm. Kassaya yaxınlaşdım 107 manat dedi.
Şikayətçi Natiq Hüseynov daha sonra mağazada başına gələnləri belə nəql edir:
Dedim qardaş, axı bu vitrində 39 azn idi! Dedi o qiymət buna aid deyil. Başqasını götürdüm, dedi buna aid deyil, bir başqasını dedi üzürlü sayın buna da aid deyil!
Dedim axı bütün mallara 50% hetta maya dəyərindən də aşağı yazmışdınız? Dedi onu sef yazıblar.
Bax belə, belə marketinqin anasını ağladan işlərçiləri var! Kəsilməli başımız idi kəsildi sunnətimiz!!!”
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq!
araz.az xəbər portalı.