Son hadisələr və bəzi həbslər bir daha sübut etdi ki, Azərbaycan Xarici İşlər Nazirliyində şəbəkələşmiş, birinci və ikinci eşalon, hətta yeni formalaşmış üçüncü eşalon sturuktura malik Rusiya xüsusi xidmət orqanlarına və digər dövlətlərə tabe güclü agentura mövcuddur. Çox təəsüf Azərbaycan XİN-də xarici dövlətlərə işləyən casus şəbəkələri var.
Bu sözləri Asiya.az-a açıqlamasında Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov bildirib.
Daşqın Gülməmmədov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin XİN-də xəyanətkar və satqın diplomatlarla bağlı verdiyi mesaj əslində vəziyyətin daha da ciddi olduğuna işarədir. Azərbaycan XİN-də Rusiya xüsusi xidmət orqanlarının nəzarətində olan agentura, FETÖ terror təşkilatına tabe şəbəkə və həmçinin azsaylı, digər xarici dövlətlərə işləyən casus şəbəkəsi vardır.
Azərbaycan XİN-də mövcud olan, Rusiya Xarici Kəşfiyyat Xidmətinə (SVR) və Federal Təhlükəsizlik Xidmtəinə (FSB) işləyən casus şəbəkəsi və ya xəyanətkar diplomatlarin əsas hissəsi hələ SSRİ Dövlət Təhlükəsizlik Xidməti (KQB) tərəfindən əməkdaşlığa cəlb edilib. Onların bir çoxu təsir agenti, bəziləri isə məxfi dövlət sirrlərinin əldə edilib ötürülməsi, ikinci eşalon agenturanın idarə olunması, həmçinin daha yeni 3-cü eşalon agenturanın formalaşdırılması üçün istifadə edilir. Son 15 ildə əməkdaşlığa cəlb edilmiş diplomat və səfirlər isə törətdikləri korrupsiya, pul yuma və əxlaqsızlıq hərkətlərinin (video kompromatlar) açılmamsı üçün xarci xüsusi xidmət orqanlarının cənginə düşüblər.
Digər təhlükəli, Azərbaycan dövlətçiliyini sabotaj edə biləcək casus şəbəkəsi isə FETÖ terror təşkilatının Azərbaycan XİN-də şəbəkəsidir. Bu casus şəbəkələrinin güclənməsində, XİN və səfirliklər sistemində aparıcı vəzifələri ələ keçirməsində, şaxələnməsində ən böyük günahkar eks-nazir Elmar Məmmədyarovdur. E.Məmmədyarov bu proseslərə göz yumub. Nə üçün göz yumub bu da artıq aydındır. Onun da başı Moskvadakı operativ rəhbərinə bağlı olub.
Mən açıqca bildirirəm, Serbiyadakı səfir Eldar Həsənov, Moldovadakı səfir Qüdsi Osmanov, Braziliyadakı səfir Elxan Poluxov və Xarici İşlər Nazirinin müavini Ramiz Həsənov Rusiya xüsusi xidmət orqanlarının casuslarıdır. Serbiyadakı səfir Eldar Həsənov, 1983-cü ildə SSRİ Daxili İşlər Nazirliyi Daxili İşlər Akademiyasını bitirib. Xüsusi xidmət orqanlarında və ya ali məktəblərdə yüksək vəzifə tutan şəxslər yaxşı bilir ki, hər bir institut və ya universitetdə prorektorlardan biri xüsusi xidmətin təhkimçi nümayəndəsidir. Əsas işi isə savadlı, intelektual səviyyəli tələbələri əməkdaşlığa cəlb etməkdir. Eldar Həsənov 1982-ci ildə SSRİ DTK tərəfindən əməkdaşlığa cəlb edilib və indiyə gədər nüfuz agenti statusunda saxlanılırdı. Eldar Həsənov Azərbaycanda hakimiyyətin dəyişəcəyi təqdirdə Rusiya tərəfindən yüksək dövlət postuna gətirilməyə hazır təsir agenti idi.
Digər Rusiya agenti, Xarici İşlər Nazrinin müavini, 20 avqust 1961-ci ildə Gürcüstan SSR marneuli rayonu Qaçağan kəndində dünyaya gəlmiş Ramiz Ayvaz oğlu Həsənov 1981-ci ildə SSRİ XİN Moskva Dövlət Beynalxalq Münasibətlər İnstitutunda təhsil alarkən SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Birinci Baş İdarəsi tərəfindən məxfi əməkdaşlığa cəlb edilmişdir (verbovka olunmuşdur). Ramiz Həsənovun əməkdaşlığa cəlb edilməsinə səbəb törətdiyi cinayətin ört basdır edilməsi nəticəsində baş tutmuşdur.
İndiki Rusiya Xarici Kəşfiyyat Xidməti birbaşa SSRİ DTK Birinci Baş İdarəsinin varisi və davamçısıdır. DTK BBİ-nin bütün sturukturu, agenturası RF Xarici Kəşfiyyat Xidməti adı altında yenindən işinə davam edir. Nəticə etibari ilə Ramiz Həsənov RF Xarici Kəşfiyyat Xidmətinin agentidir. Cənab Prezident İlham Əliyevin dediyi xəyanətkarkardan biridir.
Ramiz Həsənov iki dostu ilə oteldə gənc qızlarla əylənərkən, ona gətirilmiş qızı naməlum səbəbdəb otelin 4-cü mərtəbəsinin balkonundan yerə atmışdır. Nəticədə qız ölmüş və əraziyə RSFSR DİN Moskva BDİ əməkdaşları gəlmişdir. Ramiz Həsənovun MQİMO tələbəsi olduğu aydınlaşanda məsələ ilə bağlı dərhal SSRİ DTK Birinci Baş idarəsinin MQİMO-dakı təhkimçi prorektoruna məruzə edilmişdir.
Bu məsələ ilə bağlı həmçinin Ramiz Həsənovun atası, Gürcüstan SSR Kənd Təsərüfatı Nazirinin müavini Ayvaz Həsənov Moskvadakə əlaqələrini işə salmışdır. Nəticədə DTK Birinci Baş İdarəsinin rəisi Vladimr Kryuçkovun sərancamı ilə Ramiz Həsənov DTK agneti kimi verbovka olunmuş və cinayət ört basdır edilmişdir. Hələ o zaman Ramiz Həsənov SSRİ DTK tərfindən Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin oğlu, MQİMO tələbəsi İlham Əliyevin yanına yerləşdirilmiş və daima onun barəsində məlumatları DTK-yə təqdim etmişdir.
Ramiz Həsənov Rusiya xüsusi xidmət orqanlarının agentidir. Və Azərbaycan XİN sistemində ikinci eşalon agentura şəbəkəsi yardıb. Bu ikinci eşalon agentura şəbəkəsinə Gürücstandakı Səfir, qardaşı Dursun Həsənov və Brazilyadakı səfir Elxan Poluxov daxildir. Bunalrın işi peşəsi Azərbaycanın məxfi dövlət sirlərini ötürmək, məxfi sənədlərin şəklini çox alçaqcasına vatsapla şəkib Ramizə göndərməkdir. O da Rusiyadakı operativ rəhbərinə təqdim edir.
Braziliyadakı səfir Elxan Poluxov, kürəkəni, Xarici İşlər Nazirinin müavini Ramiz Həsənov tərəfindən Rusiya agenti kimi əməkdaşlığa cəlb edilib və davamlı olaraq yüksək vəzifəli diplomat kimi önəmli postlara irəli çəkilib. Elxan Poluxov Azərbaycan səfiri kimi Cənubi Afrika Respublikasında çalışıb daha sonra isə Braziliyaya təyin edilib. Bu ölkələrdə Rusiyanın ciddi marağı var. Təsəvvür edin Azərbaycan səfiri Rusiya xüsusi xidməti üçün məxfi informasiya toplayıb və ötürüb. Gürcüstandakı səfir Dursun Həsəno isə öz qardaşı Ramiz Həsənov tərəfindən primitiv agent kimi istifadə edilib. Məxfi sənədlərin şəklinin şəkilib ötürülməsi və sairə. Azərbaycan-Gürcüstan dövlətlərarası məxfi məqamlardan Rusiya tərəfi məhz Dursun Həsənov sayəsində informasiya əldə edib.
Moldovadakı səfir Qüdsi Osmanov isə Rusiya vətəndaşıdır və Rusiyada törtdiyi cinayətlərin ört basdır edilməsi qarşılığında FSB tərfindən agentura işinə cəlb edilib. Qüdsi OsManovu Azərbaycan səfiri kimi daha önəmli ölkəyə transfer etmək planlaşdırlırdı. E.Məmmədyarovun vəzifədən kənarlaşdırılması bunun qarşısını aldı.
Çox güman ki, Braziliyadakı səfir Elxan Poluxov və Moldovadakı səfir Qüdsi Osmanov qaçaqlar, Azərbaycana gəlməkdən imtina edəcəklər. Onların təcili surətdə həbs edilib Bakıya gətirilməsi vacıbdır. Azərbaycan kəşfiyyat və əks-kəşfiyyat orqanları Azərbaycan XİN-də məxfi informasiyalara çıxışı olan Eldar Həsənov, Ramiz Həsənov, Dursun Həsənov, Qüdsi Osmanov və Elxan Poluxovu “Yalan detektoru” ilə dindirməlidirlər. Bu proses həyata keçirilsə həm agentura müəyyən ediləcək və bu şəxslərin Azərbaycan dövlətçiliyinə vurduqları zərbənin hüdudları aşkarlanacaq, deyə Daşqın Gülməmmədov bildirmişdir.
araz.az xəbər portalı.