Avqustun 15-də İrəvan Türk Cümhuriyyətinin Məşvərət Məclisinin növbəti ənənəvi toplantısı keçirilmişdir. Məşvərət Məclisi cümhuriyyətin gələcək fəaliyyətinə istiqamətlənən təkliflərin, məsləhətlərin, önərilərin verildiyi düşüncə mərkəzi kimi artıq iki aydan çoxdur ki, fəaliyyət göstərir. Burada səslənən fikir və tövssiyyələr Millət Şurasının aldığı qərarlarda öz əksini tapır.
Məşvərət Şurasının başkanı Mülazim Pahsa sədrliyində keçirilən toplantıda dünyanın müxtəlif ölkələrinə Məşvərət Şurası təmsilçiləri elan olunmuşdur. Ukrayna, Kiyev – Fərhad Turanlı, Almaniya, Köln – Anar Ələkbərov, Niderland, Haaqa – İlhan Aşkın, Niderland, Amsterdam – Eldəniz Məmmədov, Belçika, Brüssel – Ayhan Dəmirçi və Bülent Gürcam, Rusiya, Sankt Peterburq – Samir Məmmədov təqdim edilmişlər. Daha öncələr isə İspaniya, Barselonaya – Vahid İmanov, Rusiya, Moskvaya – Mustafa Mustafayev və İngiltərə, Londona Ruslan Fərzəliyev təyin olunmuşdular. Dünyanın müxtəlif yerlərindən toplantıya qatılanlar dünyada və regionda, o cümlədən İrəvan Türk Cümhuriyyətinin həyatında baş verən mühüm hadisələr barədə Millət Şurasının sədri Qafar Çaxmaqlının məlumatını dinlədilər, geniş müzakirələr əsnasında İrəvan Türk Cümhuriyyətinin bundan sonrakı fəaliyyətinin istiqamətləri barədə ortaq bir fikrə gəlindi.
İrəvan Türk Cümhuriyyətinin Mətbuat Xidməti
araz.az xəbər portalı.