konulnurullayeva12“BBC nin “Hard Talk” (Çətin söhbət) proqramında Nikol Paşinyanın acınacaqlı duruma düşməsi ilk növbədə siyasətçi kimi onun qeyri- peşəkarlığının göstəricisidir. Üstəlik, bu, Paşinyanın hökumət rəhbəri kimi səriştəsizliyini göstərən ilk tribuna deyil. Bu vaxta qədər məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevlə birgə iştirak etdiyi ən nüfuzlu platformalarda da Paşinyan dalana dirənmiş vəziyyətdə məhz ölkəsinin işğalçılıq siyasəti ilə bağlı heç bir tutarlı arqument səsləndirə bilməyib. Hətta savadsızlığı ucbatından özünü ifşa edib. Paşinyan Münxen konfransındakı fiaskosunu növbəti dəfə təkrarladı”.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Paşinyan üçün BBC-nin “Hard talk”u həqiqətən çətin oldu: “Bu, bir daha onu göstərdi ki, Paşinyan hələ siyasətçi kimi formalaşmayıb. Digər tərəfdən, Paşinyan elə bir ölkəni təmsil edir ki, o, istənilən tribunada Ermənistanın işğalçı mahiyyətinin hesabatını verməyə məcburdur.

Burada ən vacib məqam aparıcının Paşinyanı konkret faktlarla ittiham etməsi idi. Məsələn, yarıtmaz baş nazirin populistcəsinə “Qarabağ Ermənistandır” kimi absurd iddiasının Azərbaycana qarşı açıq təxribat olduğunu BBC-nin jurnalisti S.Sakur da Paşinyana xatırladır. Bununla Qarabağın Ermənistana aidiyyatının olmadığı dünya ictimaiyyətinin də diqqətinə çatdırıldı. Paşinyan açıq etiraf etdi ki, münaqişə başlanan zaman Dağlıq Qarabağ əhalisinin 18 faizi erməni olub. Amma ziddiyyətli məqam budur ki, o, sülh danışıqlarının formatına zidd olaraq, israrla “Artsax xalqı” ifadəsini səsləndirir və 18 faizlik toplunun öz müqəddəratını təyinetmə prinsipindən danışır. Yəni, Paşinyanın özü-özünü təkzib etmə faktları kifayət qədərdir.

Eyni zamanda Ermənistan baş nazirinin “inqilab” zamanı verdiyi vədlərin heç birini yerinə yetirməməsi, onun sülh çağırışlarının sadəcə, imitasiya olduğu, “COVİD-19”la mübarizədə regionda ən acınacaqlı durumun məhz Ermənistanda müşahidə edildiyi kimi vacib məqamların vurğulanması, bir sözlə sualların xarakteri də göstərdi ki, artıq Qərb də Paşinyanı ciddi fiqur kimi qəbul etmir. Hətta bu gün yaranan mənzərə onu deməyə əsas verir ki, məhz Qərb üçün özünü demokrat kimi təqdim etməyə çalışan Paşinyanın vaxtı ilə xunta rejiminin rəhbəri olmuş Serj Sarkisyandan heç bir fərqi yoxdur”.

 

 

 

 

araz.az

araz.az xəbər portalı.