Paulo Dibala “Yuventus”u tərk edə bilər.
qol.az xəbər verir ki, Turin təmsilçisi yeni oyunçular almaq üçün 26 yaşlı yarımmüdafiəçini satmağı planlaşdırır. Bildirilib ki, “Yuventus” argentinalı oyunçuya 90-100 milyon avro qiymət qoyub. Klub bu məbləğ aralığında göndəriləcək təklifləri nəzərdən keçirəcək.
Qeyd edək ki, Dibala 2019/2020 mövsümündə 46 matçda 17 qol vurub, 8 qolun ötürməsini verib.
araz.az
araz.az xəbər portalı.