EldarHesenovsefir000Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edən deputatı Hikmət Babaoğlu Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov avqustun 13-də həbs olunmasından danışıb. 

 

Demokrat.az xəbər verir ki, Hikmət Babaoğlu sözügedən məsələ ilə bağlı “Azadlıq Radiosu”nun suallarını cavablandırıb. 

Deputat hər hansı həbsə xüsusi məna verməyin əleyhinədir. O, hesab edir ki, hər hansı həbsə məna verib kateqoriyalara bölmək doğru deyil:

“Azərbaycan hüquqi dövlətdir, cəmiyyətin də iradəsi hüquq sistemində sanksiyalaşdırılıb. Ona görə də mübahisəsiz olaraq hüquq-mühafizə orqanlarının atdığı hər bir addımı dəstəkləmək lazımdır. Çünki bu cür qərarlar qəbul edilərkən mütləq əsaslar vardır. Bu baxımdan həbsi hüquqi dövlətdə baş verən normal hadisə kimi qiymətləndirirəm”.

“Bu tip həbslər bundan sonra da davam edə bilərmi” sualına isə Hikmət Babaoğlu “mən ümumiyyətlə həbsləri fərqləndimirəm, hamısını hüquqi sistemimizin gərəyi və demokratik cəmiyyətin tələbi kimi qiymətlənidirirəm” cavabını verib.

araz.az

araz.az xəbər portalı.