qarabag-1.jpg


 Rusiyanın ermənipərəst “regnum” agentliyində Ermənistanda keçiriləcək seçkilərə həsr olunmuş məqalə yayımlanıb.

Araz.az Publika.az-a istinadən xəbər verir ki, Qarib Babayanın imzası ilə yayılan məqalədə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki ermənilərin seçkilərə təsirinə də toxunulur.

Ən diqqət çəkən məqam isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi” hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzinin Avrasiya məsələləri üzrə böyük analitiki Louren Gudriçin Dağlıq Qarabağla bağlı məxfi məktubunun yada salınmasıdır.

2011-ci ilin 23 fevralında Vikiliks tərəfindən ortaya çıxarılan məktubda deyilirdi ki, Dağlıq Qarabağda asılan lövhələrdə erməni dili ilə yanaşı, rus dilində də yazılar görünür:

“Bu, Qarabağdakı ermənilər ilk növbədə Rusiyaya loyal olduğunu göstərir. Onlar Ermənistanı ikinci planda görürlər”.

Məxfi məktubda o da qeyd olunur ki, II Dünya müharibəsində Dağlıq Qarabağdakı ermənilər (söhbət Azərbaycan vətəndaşı olan ermənilərdən gedir-red) daha çox səfərbər edilmişdi.

“Bu, 45000 könüllü, yaxud ümumi əhalinin 32 faizi demək idi”, – məxfi məktubda deyilirdi.

araz.az xəbər portalı.