“Ucar rayonunda bir qrup vəzifəli şəxs əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib qanunsuzluqla məşğul olurlar. Nəticədə çoxlu sayda vətəndaşlar əziyyət çəkirlər”.
Pravda.az-ın xəbərinə görə, bu sözlər Ucar rayonunun Müsüslü kəndinin bir qrup sakini redaksiyamıza ünvanladığı müraciətdəndir.
Sakinlər bildirir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Müsüslü kəndinin yol infrastrukturunun qurulması üçün dövlət büdcəsindən vəsait ayrılıb.
“Ancaq təəssüf ki, 22 saylı Yol İstismar İdarəsinin müdiri Fizuli Hacıyev Müsüslü kəndinə çəkiləcək asfalt yolun layihəsini öz maraqlarına uyğun dəyişərək qanusnuzluğa yol verib. Müsüslü kəndinə çəkiləcək yolun ilkin layihəsində əsas yolun bu ərizəni imza edən vətəndaşların yaşadığı ərazidən keçməsi nəzərdə tutulsa da, sonradan Füzuli Hacıyev saxtakarlıq edib lahiyəni dəyişərək işlək olmayan köməkçi yolun asfaltlanmasına tapşırıq verib”, – deyə sakinlər əlavə edib.
Onlar 22 saylı Yol İstismarı İdarəsinin müdiri Füzuli Hacıyev bu qanunsuzluğa yol verməsinin səbəbini belə izah edirlər: “Füzuli Hacıyev bu qanunsuzluğu ona görə edib ki, həmin köməkçi yolun ətrafında onun qohumlarının, həmçinin Ucar rayon Mədəniyyət İdarəsinin müdiri Alı Babayevin evi var: “Ancaq qanuni layihədə göstərilən əsas yolun keçdiyi ərazidə çoxlu sayda evlər var. Füzuli Hacıyev yol tikintisi başlamazdan əvvəl bizə bildirdi ki, layihədə əsas yol sizin yaşadığınız əraziyə düşür. Ancaq yol tikintisi başlayan zaman bizə məlum oldu ki, Füzuli Hacıyev həqiqətən deyilən kimi saxta işlərlə qanunsuz fəaliyyətlə məşğul olurmuş. 22 saylı O, Prezident İlham Əliyevin sərəncamına əsasən Müsüslü kəndinin yol tikintisi üçün ayrılmış vəsaitin düzgün xərclənməsinə də əngəl yaradıb. Layihəyə əsasən yolun eni 8-9 metr olmalıdır, amma 5 metrdir. Tikinti zamanı yolun kənarında çoxlu sayda yaşıllıq zolağı məhv edilib, su kanalına çınqıl və torpaq tökülərək məcrası daraldılıb.Yol hələ tam tikilib başa çatmayıb, amma indidən bəzi yerləri dağılıb.
Əsas yolun asfalt örtüyü ilə təmin olunmasına dair layhənin dəyişdirlmısində rolu olanlar Ucar rayon Mədəniyyət İdarəsinin müdiri Alı Babayev və keçmiş icra nümayəndəsi Fuad Bəbirxanovdur. Bu iki şəxsin sifarişinə əsasən Füzuli Hacıyev Müsüslü kəndinin yol tikintisi layihəsini dəyişib”.
Sakinlər sonda ölkə başçısına müraciət edərək bildirirlər:
“Hörmətli Prezident sizdən xahiş edirik ki, şikayətimizin bizim iştirakmızla yerində araşdırılmasını, qanunsuzluğa yol verib dövlət vəsaitini təyinatı üzrə xərcləməyən, yol tikintisində qanunsuzluğa, saxtakarlğa yol verən Fizuli Hacıyevin barəsində tədbir görülməsini təmin edəsiniz”.
Müraciəti aşağıdakı sakinlər imzalayıb:
1.Qədirov İsmayıl Məhəmməd oğlu
2.Rəsulov Mətləb Qarakişi oğlu
3.Qasımov Bahadur Qasım oğlu
4.Qasımov Mübariz Güləhməd oğlu
5.Qasımov Qurban Zöhrab oğlu
6.Rəsulov Məzahir Şaiq oğlu
7.Həmidov Abdulhəmid Musa oğlu
8.Həmidova Ulduzə Həmid qızı
9.Sadıxov Abduləli Musa oğlu
10.Həmidov Asif Şaiq oğlu
11. Səmədov Hasil Əlihüseyn oğlu
12.Allahverdiyev Aqil Əmanət oğlu
13.Məcidov Mirdamət Məcid oğlu
14.Həmidov Samir Fəti oğlu
15.Rəsulov Şahin Mirzə oğlu
16. Rəsulov Hümmət Namət oğlu
17.Alıyev Sabit Əlipaşa oğlu
18.Məmmədov Eyni Seyfulla oğlu
19.Məmmədov Bəylər Qərib oğlu
{loadmoduleid 207}
araz.az
araz.az xəbər portalı.