“Belarusda vəziyyət qorxuncdur”.
“Reuters”in verdiyi xəbərə görə, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O, Belarusdakı vəziyyəti yaxından izlədiyini əlavə edib.
Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. Belarus Prezidentinin əsas rəqibi S. Tixanovskayanın isə 10% səs topladığı açıqlanıb.
Seçkilərdən sonra nəticələrə etiraz olaraq nümayişlər keçirilir/APA.
araz.az xəbər portalı.