big 1597676269 dursAzərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılan Dursun Həsənov Xarici İşlər nazirinin müavini Ramiz Həsənovun qardaşıdır. 

Yenisabah.az xəbər verir ki, Dursun Həsənov 2016-cı ildən bu vəzifədə idi. Lakin o, 1994-cü ildən diplomatik sahədə çalışır.  

Dursun Həsənov 1994-2004- cü illərdə Xarici İşlər Nazırliyində (XİN), 2004-2006-cı illərdə Azərbaycanın İstanbuldakı konsulu,  2006-2009-cu illərdə Azərbaycanın Rusiyadakı səfirliyinin konsulu, 2009-2010-cu illərdə XIN-də müşavir,  2010-2015-ci illərdə Azərbaycanın Türkiyədəki səfirliyində müşaviri, 2015-2016-cı illərdə isə Azərbaycanın Gürcüstandakı səfirliyində səfir müavini vəzifələrində işləyib.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) XİN-də keçirdiyi xüsusi əməliyyatdan sonra hakimiyyət diplomatik sahədə “təmizləmələr”ə başlayıb. Yeri gəlmişkən, bir neçə gün əvvəl məlumat yayılmışdı ki, Ramiz Həsənov da DTX-da XİN-in vəzifəli şəxsləri barədə başlanmış cinayət işinin istintaqına cəlb edilib. Lakin o, sonradan açıqlama verərək məlumatın həqiqətəuyğun olmadığını bildirib.

Ehtimal edilir ki, qardaşı Dursun Həsənovun səfir vəzifəsindən geri çağırılmasından sonra Ramiz Həsənovun da kareyrasına son qoyula bilər.

Bəzi ehtimallara görə, Dursun Həsənovun işdən çıxarılması silah qalmaqalı ilə bağlıdır. Söhbət Serbiyanın Gürcüstan üzərində Ermənistana silah satmasından gedir. Bu arada qeyd edək ki, Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov həbs olunub. 

 

 

 

 

araz.az

araz.az xəbər portalı.