Ermənistan silahlı qüvvələri növbəti dəfə Ermənistan-Azərbaycan dövlət Sərhədinin Tovuz rayonu istiqamətində təxribata əl atıb.
Turkustan.info-nun məlumatına görə, düşmən yenə də Tovuzun Ağdam kəndində dinc sakinləri və yaşayış məntəqələrini atəşə tutub. İriçaplı silahlardan atılan mərmilər bir neçə evə ziyan vurub.
Kənd sakini Minayə Qasımovanın evi davamlı atəşə tutulduğundan daha çox ziyan məhz bu evə dəyib.
Ordumuzun adekvat cavab tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurulub. Ümumilikdə cəbhəboyu ərazilərdə əməliyyat şəraiti ordumuzun nəzarəti altındadır.
{loadmoduleid 209}
araz.az xəbər portalı.