WhatsApp Image 2020 08 18 at 02.22.58Srağagün Ümümdünya Mətbuat Şuraları Assosiasiyasının onlayn rejimdə növbəti toplantısı keçirilib.

 

Tədbirdə quruma üzv ölkələrdə pandemiya dövründə medianın durumu, jurnalistlərin ilk mənbədən informasiya almaları sahəsindəki vəziyyət və bu istiqamətdə görülmüş işlər barədə söhbət açılıb. Bu barədə Azərbaycan Mətbuat Şurasından araz.az-a daxil olan məlumatda bildirilir ki, sədri, Ümümdünya Mətbuat Şuraları Assosiasiyası sədrinin birinci müavini Əflatun Amaşov ölkəmizdə pandemiya dövrü xüsusiyyətlərinin media fəaliyyətinə təsirinə dair məruzə edib. O, məruzəsində bildirb ki, koronavirus təhlükəsindən sığortalanmaq üçün ölkədə həyata keçirilmiş tədbirlər istər-istəməz jurnalistikaya da təsirini göstərib. Ancaq bu təsir digər sahələrdəkindən azdır. 
          “Azərbaycanda indi xüsusi karantin rejimi davam edir. Bir çox məhdudiyyətlərin ehtiyatla da olsa, aradan qaldırılmasına gedilir. Ancaq mən deməzdim ki, mediaya məhdudiyyətlər olub. Müəyyən şərtlərə əməl etməklə jurnalistlər ölkə boyu fəaliyyətlərini həyata keçiriblər. Təbii ki, biz də öz tövsiyələrimizdə bildirmişdik ki, redaksiyalar mümkün qədər onlayn rejimdə çalışsınlar. Bu tövsiyəyə ciddi yanaşılıb. Lakin bir daha deyim, ümumən mediamız məhdudiyyətsiz fəaliyyət göstərib və ölkə həyatını dolğun şəkildə işıqlandırıb”, – deyə Ə.Amaşov vurğulayıb.
        Toplantıda quruma üzv ölkələrdə medianın koronavirusla bağlı yaranmış iqtisadi çətinlikləri ilə bağlı da söz açılıb. Durumun yaxşılaşdırılması istiqamətində görüləcək işlərə nəzər salınıb. Qərara alınıb ki, bununla bağlı Assosiasiya tərəfindən nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən UNESCO-ya müraciət ünvanlansın. 
        Qeyd edək ki, tədbirdə Ümumdünya Assosiasiyalar Birliyinin sentyabrın 17-18-də Cənubi Koreyanın paytaxtı Seuldan idarə olunacaq onlayn konfransında iştirak məsələləri müzakirə olunub. Sözügedən mötəbər qurumun toplantısında Ümumdünya Mətbuat Şuraları Assosiasiyasından məruzəçi qismində Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da müəyyənləşdirilib.
araz.az 

araz.az xəbər portalı.