2017 01 12 13 08 42resid mahmudov professor

 

“Öz içimizdəki adamlar bizi məhv etməsə, heç kimin bizə gücü çatmayacaq. Dövlət qurumlarından anası erməni olan, yaltaqlanan adamlar təmizlənməlidir”

Bunu tanınmış ictimai xadim, Tibb Universitetinin 9ATU) dosenti Rəşid Mahmudov deyib.

O, şəhid general mayor Polad Həşimova Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilməsini təklif edib:

“Türkiyədə təhsil alan hərbçilərimizi bir-bir itiririk. Sanki burda onları aradan götürmək üçün kimlərinsə məqsədi var. Belə şey ola bilməz. Əbülfəz Elçibəyin dövründə hərbi təhsil almaq üçün Türkiyəyə kifayət qədər kursant göndərilmişdi. Türkiyədə təhsil alan həmin zabitlər isə çox ağıllı və savadlıdırlar. Öz içimizdəki adamlar bizi məhv etməsə, heç kimin bizə gücü çatmayacaq. Dövlət qurumlarından anası erməni olan, yaltaqlanan adamlar təmizlənməlidir”.

R.Mahmudov deyib ki, “Biz rusdan ayrılıb türkə doğru getməliyik, məqamdır. İndi bunu etsək, etdik, əgər etməsək, məhvə məhkumuq”/Moderator.az

araz.az xəbər portalı.