2017 06 30 11 35 23kamran esedov23 r1 s“Bu il abituriyentlərə güzəşt edilsin”.

Mia.az xəbər verir ki, bu təklifi təhsil üzrə ekspert Kamran Əsədov irəli sürüb.

O, hesab edir ki, bu il ali məktəblərə qəbul imtahanlarının keçirilməsi pandemiya dövrünə təsadüf etdiyi üçün mövcud vəziyyət abituriyentlər üçün çox çətin olub:

“Mart ayından etibarən dərslərin dayandırılması, hazırlıq kurslarının və repititorların fəaliyyətinin məhdudlaşdırılması abituriyentlərin işini çətinləşdirdi. Düzdür, tele dərslər, online dərslər təşkil edildi. Amma bu imkanlar keyfiyyətli və əlçatan deyildi. Hələ ki, 13-14 avqustda II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.

Düzdür, test tapşırıqları 2019-cu ildə keçirilən imtahanlar ilə müqayisədə çətin deyildi, amma pandemiya dövrünün çətinlikləri, psixoloji təsirləri abituriyentlərin nəticələrinə müəyyən qədər təsir göstərib”.

Ekspertin fikrincə ümumi balı 150-dən çox olan abituriyentlərə güzəşt edilməlidir:

“Dövlət İmtahan Mərkəzi hər il ali məktəblərə qəbul üçün müəyyən bal məhdudiyyəti tətbiq edir. Onlardan biri də abituriyentlərin blok – ixtisas qrupları üzrə imtahanlardan minimum ümumi 50 və ya 100 bal toplanması tələbidir. Təklif edirəm ki, bu il abituriyentlərə güzəşt edilməlidir. Güzəşt isə bal məhdudiyyətinin aradan qaldırılması, hər iki mərhələdə əldə edilmiş nəticələr toplanandan sonra ümumi balı 150-dən çox olan şəxslərin ixtisas seçiminə buraxılmasıdır. Yəni ikinci mərhələdə hətta abituriyent 10 bal toplasa belə, iki mərhələnin cəmində 150-dən çox balı varsa, o şəxslərə kömək etmək, şərait yaratmaq lazımdır ki, ixtisas seçimi edib ali təhsil ala bilsinlər.

Bu həm ali təhsil müəssisələrinin plan yerlərinin boş qalmamasına imkan verər, həm də xarici ölkələrdə təhsil almağa gedənlərin sayına təsir göstərər”.

araz.az

araz.az xəbər portalı.