fhn 637x330

 

Bu ilin may ayında Fövqəladə Hallar Nazirliyində (FHN) Bakı Regional Mərkəzin rəisi təyin olunan general-mayor İsrail Əliyev tutduğu vəzifədən azad olunub. Bu barədə məlumatı Azinforum.az-a qurumun daxilindəki mənbələr verib. Hələlik bu barədə rəsmi məlumat yayılmasa da, yaxın zamanda məlumatın rəsmən təsdiqlənəcəyi gözlənilir. Generalın təyin edildiyi vəzifədə az müddət işlədikdən sonra azad edilməsi onun işində buraxdığı ciddi nöqsanlarla bağlıdır. İsrail Əliyevin paytaxtda bir çox böyük mülklərə sahib olduğu bildirilir. Məşhur “Pullman” otelinin də ona məxsusluğu söylənilir.

Azinforum.az

araz.az xəbər portalı.