Xəbər verdiyimiz kimi, gənc yazar Kərmaət Böyükçöl polis əməkdaşları tərəfindən saxlanılıb.
KONKRET.az mövzu ilə bağlı şair Qəşəm Nəcəfzadədən açıqlama alıb.
O, bundan xəbəri olmadığını deyib:
“Kəramətlə iki saat bundan əvvəl danışmışam. Sonra nə olduğunu bilmirəm. Özüm hazırda Bakıda deyiləm, Daşkəsəndən gəlirəm”.
Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı açıqlamasında bildirib ki, hələlik deyiləsi hər hansı bir informasiya yoxdur, olan kimi ictimaiyyətə məlumat veriləcək.
K.Böyükçölün qonşuların şikayəti əsasında saxlanıldığına dair məlumatlar var.
araz.az xəbər portalı.