Sosial təminat növləri üzrə ödəniş kartlarının müddəti hələ davam edir.
Turkustan.info xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili deyib.“Yəni mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq sosial müavinət və təqaüd kartlarının müddəti bu il 30 sentyabr, əmək pensiyası kartlarının müddəti 30 noyabr, ünvanlı dövlət sosial yardımı kartlarının müddəti isə 31 oktyabr tarixinə qədər uzadılıb. Ondan sonrakı cari vəziyyətə uyğun olaraq hər hansı bir dəyişiklik olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”, o bildirib.
araz.az
araz.az xəbər portalı.