Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının “Twitter” səhifəsində məlumat verilib.
O bildirib ki, bu gün ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı müvəqqəti iqamətgahda qarşılamaq şərəfinə nail olublar: “Sizi Xankəndində və Şuşada qarşılamağı səbirsizliklə gözləyirik”.
İcma rəhbəri yazıb ki, görüşdə mövcud məsələlər, potensial əməkdaşlıq müzakirə olunub.
araz.az
araz.az xəbər portalı.