eli esedov mansetjpg 1596898148Nazirlər Kabineti Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması haqqında “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə qərar qəbul edib. 

Mia.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, “Peşə Təhsilinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb:

2. “Peşə Təhsilinin İnkişafı Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. Peşə Təhsilinin İnkişafı Fondunun (bundan sonra – Fond) işçilərinin say həddi 9 ştat vahidi müəyyən edilsin.

4. Fondun təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

4.1.1. Fondun nizamnaməsinin təsdiq olunması və nizamnamə

fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

4.1.2. idarəetmə orqanlarının yaradılması;

4.1.3. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan

Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş

qərarın qəbul edilməsi;

4.1.4. Fondun yenidən təşkili və ləğv edilməsi;

4.2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə:

4.2.1. bu Qərarın 3-cü hissəsində və 4.1-ci bəndində qeyd

edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında”

2Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində public hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5. Azərbaycan Respublikasının Təhsil Nazirliyi peşə təhsili müəssisələrinin gəlir və xərclərinin şəffaf, səmərəli və mərkəzləşdirilmiş qaydada idarə olunmasını və onlar arasında ədalətli bölgüsünü təmin etmək üçün onların maliyyə vəziyyəti nəzərə alınmaqla əldə etdikləri büdcədənkənar vəsaitdən Peşə Təhsilinin İnkişafı Fonduna ayırmaların məbləğini müəyyən etsin.

6. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər”.

araz.az

araz.az xəbər portalı.