image 408x243 5f3ce12d351cf“Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunan şəhər və rayonlar üzrə birdəfəlik ödəmə (190 manat) almaq hüququ qazanan vətəndaşlara ödəniş yaxın vaxtlarda ediləcək”.

İxa.az  xəbər verir  ki, bu fikirləri Qazet.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəsmisi Əsmər Nəcməddinqızı bildirib.

O bildirib ki, yaxın günlərdə ödəmələrin verilməsinə başlanılacaq.

Vəsait iyul ayı üzrə birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək və bu barədə onlara rəsmi məlumat göndəriləcək.

araz.az

araz.az xəbər portalı.