“Azəriqaz” İstehsalat Birliyi Sumqayıt şəhər sakini Feyzullayev Elman Məhəmməd oğluna sayğacda istifadə olunan məbləğdən əlavə vəsait yazıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, vətəndaş Elman Feyzullayev bununla bağlı Sumqayıt şəhər Məhkəməsinə müraciət edib.
İddiaçı ona yazılmış əlavə vəsaitin qanunsuz olduğunu və silinməsini xahiş edib.
O, göstərib ki, “Azəriqaz” İstehsalat Birliyi 151 manat 20 qəpik əlavə pul yazılıb.
Sumqayıt şəhər Məhkəməsi iddia ərizəsini təmin edilməsi barədə qətnamə qəbul edib.
Bu qətnamədən narazı qalan “Azəriqaz” İstehsalat Birliyi apelyasiya şikayəti verib. “Azəriqaz” borcun bərpa olunmasını istəyib.
Sumqayıt Apelyasiya Məhkəməsi “Azəriqaz” İstehsalat Birliyinin şikayətini təmin etməyib.
Fariz Məlikli
araz.az xəbər portalı.