WhatsApp Image 2020 08 19 at 18.34.56ABŞ-da 17 yaşlı orta məktəb şagirdi NASA-da təcrübəsinin üçüncü günündə yeni bir planet kəşf edib.
Wolf Cukier adlı tələbənin peyk fotoşəkillərinə baxarkən diqqətini çəkən obyektin Yerdən 1300 işıq ili uzaqlıqdakı bir planet olduğu aydın olub.
Nyu Yorkda Scarsdale Liseyinin şagirdi Wolf 2 aylıq NASA təcrübəsini bitirdikdən sonra kəşfi barədə BBC-yə danışıb.
NASA-nın Goddard Kosmik Uçuş Mərkəzində təcrübə keçdiyini söyləyən Wolf günəş sisteminin xaricində planetlərin tapılması üçün hazırlanmış bir teleskop olan TESS-dən baxarkən yeni planet kəşf etdiyini bildirib.
“Mən ulduzların parlaqlığındakı dəyişikliklərə baxmaq istəyirdim. Bunun ulduzların qarşısından keçən bir planetin kölgəsi ola biləcəyini düşünməzdim” deyib.
Bu barədə NASA-nın məsul işçisinə məlumat verib. “Ulduzların məlumatlarına baxdıq, işığın içində iki əlavə qaralma olduğunu gördük. Yeni bir planetin olub olmadığını araşdırdıq.”
Sonradan digər şöbələr ilə birlikdə aparılan araşdırmalarda bunun həqiqətən bir planet olduğu müəyyən edildi. Dünyadan təxminən 6,9 dəfə böyük olan planet “TOI 1338 b” adlandırıldı.
Bu planetdə yaşamaq yəqin ki, mümkün deyil. Bunun səbəbi planetin həddən artıq isti olması və möhkəm bir səthə sahib olmamasıdır.
Nofəl Əliyev

araz.az xəbər portalı.