1597823993 443“Çıxartdıqlarını elə-belə buraxma, dövlətdən oğurladıqlarını əllərindən al”

“Əminliklə deyirəm ki, Dağlıq Qarabağ məsələsi çox qısa müddətdə həll olunacaq. Cənab Prezidentin Türkiyənin müdafiə naziri ilə apardığı söhbətdə artıq bu məsələ ortaya qoyuldu. Təbii ki, “5-ci kolon” aranı qatacaq, hansı ki, qatırlar, bu da vaxtı bir az uzadacaq. Müəyyən adamların mitinqlərə çağırışları da var artıq, evlərində plakatlar, şüarlar yazanlar var. Görürsüz, Belarusda deyir müxalifət yoxdur. Müxalifət bunu təşkil etməyibsə o şüarlar hardan yazıldı, o bayrqlar hardan çıxdı?”

Versus.Az xəbər verir ki, bu sözləri musavat.com-da “Canlı debat”da Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

“Hamısının da “quyruğu” Rusiyanın əlindədir”

Partiya sədri vurğulayıb ki, Azərbaycanda mitinqlərin təşkilinə hazırlaşanların plakatlara yazdıqları şüarlar bir-bir evlərdən çıxacaq:

“Onların istəyi Qarabağı unutdurmaqdır. Amma biz ömrü boyu Dağlıq Qarabağı unuda bilmərik. Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə mənim iki əmim oğlu şəhid olub, milli qəhrəmandır. Biz Dağlıq Qarabağı müdafiə etməliyik, daha diqqəti Qarabağdan yayındırmaq yox. Moskvanın da istəyi budur. Çünki Moskva bilir ki, Dağlıq Qarabağı itirəndən sonra Qafqazda Rusiyanın məsələsi bitir. Bizim Prezident bu məsələdə möhkəm iradə qoyub ortaya. Bunu da deyəndə deyirlər ki, sən niyə tez-tez onun adını çəkirsən. Ölkə başçısı bu gün möhkəm iradə ortya qoyub ki, Dağlıq Qarabağ Azərbaycanındır, bir metr torpağı da vermiyəcəyik. Amma içimizdə olan ermənilər – anası, bacanağı, baldızı erməni olanlar buna imkan vermirlər. Hamısının da “quyruğu” Rusiyanın əlindədir. Burda oturublar, milyardları var, övladları erməni dayılarının, bibilərinin yanındadır, daha özlərinin burda oturmalarının nə əhəmiyyəti var ki? Təsəvvür edin, biz terrorist ermənini məhv etməliyik, amma onun burdakı qohumu imkan vermir, tez xəbər edir onlara. Buna görədə biz birinci növbədə bunlardan təmizlənməliyik. Azərbaycan hakimiyyətinin daxilində olan erməni mənşəli insanlardan təmizlənməliyik. Və dövlət başçısının Dağlıq Qarabağ məsələsində ortaya qoyduğu mövqeni müdafiə etməliyik. Bunu heç kim yaltaqlıq kimi başa düşməsin”.

H.Hacıyev Rusiyadan ermənilərə hər gün silah getməsi məsələsinə də toxunub. Bildirib ki, Polad Bülbüloğlu da zəhmət çəkib məsələyə aydınlır gətirməlidir:

“Polad müəllim başını bir az eyş-işarətdən ayırıb məsələni qaldırsın, bir Rusiyadan soruşsun ki, siz nə iş görürsüz? Eləmirlər! Cənab Prezident də deyir ki, bizim səfirlər dövlətin əleyhinə işləyirlər. Bunu Prezident açıq şəkildə dedi də, biz demədik ki”.

“Bunları “5-ci kolon”un maliyyələşdirdiyi saytlar yaydı”

MMP sədri bir çox müxalifət partiyalarının ADP qərərgahında keçirilən toplantıda Türk ordusunun qalması, Türk hərbi bazasının Azərbaycanda yaradılması ilə bağlı birgə imzaladığı bəyanatla da bağlı fikirlərini bildrib:

“Həmin vaxt mən Bakıda deyildim, yoldaşlar zəng edib xəbər verdi. Bu təkliflə 200 faiz razıyam. Bir millət, iki dövlətik. Lazım gəlsə bir dövlətə də çevrilə bilərik. Türk qardaşlarımızdan başqa bizim qoruyucumuz yoxdur. İndi bu “5-ci kolon” bunu necə yozur, hansı formada yozur, hara səmtləndirirlər, harda bir əmma axtarırlar, özləri bilər. Bir az qabaq Naxçıvanda Türk əsgərləri barəsində şər-böhtan da yaydılar. Bunları “5-ci kolon”un maliyyələşdirdiyi saytlar yaydı.

Bütün bunlara baxmayaraq, Türüyənin ordusu Azərbaycanladır və birləşib Dağlıq Qarabağdakı o dığaları torpaqlarımızdan çıxaracağıq. Yenə deyirəm, ilk növbədə içimizdəki ermənilərdən təmizlənməliyik. Təmizlənə bilsək Azərbaycan yenidən inkişaf edəcəkdir. Soruşa bilərsiniz kimlərdən təmizlənməliyik. Birinci, içimizdəki satqın, rüşvətxor məmurlardan, prezidentin çörəyini yeyib ona xəyanət edənlərdən, prezidentin çörəyi hesabına yığdıqları milyardları onun ailəsinə qarşı elədikləri ortaya çıxmalıdır, bunlardan qurtarmalıyıq. Dövlət başçısının tapşırıqlarını yerinə yetirməyən məmurlardan qurtarmalıyıq. Millətini sevən, milli qüruru olan kadrlarla Prezidentin ətrafını doldurmalıyıq. Azərbaycanın bugünkü Milli Məclisi təcili buraxılmalıdır. Bu Milli Məclis bizdən deyil, Ramiz Mehdiyevin təyin etdiyi Milli Məclisdir. Azərbaycanda normal, milli qeyrəti, milli qüruru olan, xalqın seçdiyi insanlar oturmalıdır orda”.

H.Hacıyevin fikrincə, indiki vəzifədə olan məmurların var-dövlətlərinə həbs qoyulmalıdır:

“Sevinc Osmanqızına konvert göndərən məmura kimi biz bilirik”

“Onların maaşlarına uyğun pullar verilməli, qalanına həbs qoyulmalıdır. Bir fond yaradılmalıdır, o fondun hesabına Azərbaycanda imkansız ailələrə, pandemiya dövründə əziyyət çəkənlərə paylanmalıdır. Hansın tərpədirsən, milyardları üzə çıxır. Axı sizə kim səlahiyyət verib ki, yığasız, balalarınız da gedə xaricdə Azərbaycanın əleyhinə, dövlət başçısının əleyhinə təbliğat apara? Biz faktlarla danışırıq. Sevinc Osmanqızına konvert göndərən məmura kimi biz bilirik”.

H.Hacıyev onu da bildirib ki, rüşvətxor, xəyanətkar məmurlar vəzifədən kənarlaşdırılmaqla canlarını qurtarmamalıdır:

“Bu gün 30 ildir məmur olan insanlar var və Azərbaycanın sərvətini öz dədəmalı kimi talan edib yeyirlər. Əgər bir nazirin, bir şirkət rəhbərinin, bir dənə MMC rəhbərinin xaric dövlətlərdə 10 milyardlarla sərmayəsi varsa, Azərbaycanda hər an dövlət çevrilişi gözləmək olar. Hər şeyi pul həll edir, sabah 5-10 nəfər kamekadze tutarlar, neyniyə bilərik? Ona görə də bunların pulları əlindən alınmalıdır, aparıb xaricdə yatırdıqlarını gətirib şəffaf şəkildə xalqın özünə vermək lazımdır. Məsələn, Əbülfəz Qarayevin yığdıqları alınmalı, elan edilməlidir ki, qoyuldu filan hesaba, ay millət, baxın bu pulla sizin maaşınızı, pensiyanızı artırdım. Yaxud digər məmur, generaldı kimdi onu deyirəm, qardaş bunu əlində pul tutubsan, niyə ev dustağı edirsən? Və yaxud digər məmurlar, Eldar Mahmudov niyə bu gün çöldədir? Niyə Amerikada oturan səfirləriniz vasitəsilə Sevinc Osmanqızına aylıq 50 min yevro verirsiniz? Sual yaranır, niyə Sevinc bir nəfər məmurun adını çəkmir? Digər məmur, məsələn, Eldar Həsənov iz itirməkdən ötrü Zahidov Qənimətə deyir ki, mənim adımı pisə çək, tənqid elə, guya ki, mən səninlə düz deyiləm, qorxma pulun gələcək. Hansı birini deyim? Ukraynadakı səfirimizdən də xoşagələn nəsə demirlər. Axı bunun hamısını millət görür. Bizim apardığımız müdafiəedici təbliğatın üstünə kölgə salınır”.

“Hərrənirlər, fırlanırlar gəlib prezidenti sancıb gedirlər”

Partiya sədri gedənlərin yerinə təzələrinin təyin edilməsindən sonra da vəziyyətin dəyişmədiyindən, yenilərin onlara verilən etimadı nə qədər doğrulda bilməsindən də söz edib:

“Bir müddət öncə kənd təsərrüfatı naziri haqqında tənqidi fikirlər səsləndirmişdim. Düzü onun ətrafına elə adamları yerləşdirmişdilər ki, hansı ki, bildiyiniz kimi həbs edildilər. Ard-arda həbslər oldu. Bu, ətrafını təmizləyəndən sonra Kənd Təsərrüfatı Nazirliyində böyük irəliləyiş var. Baxmayaraq ki, mənim bundan xoşum gəlmir, həmişə tənqid eləmişəm ki, qoyunla quzunu tanımır. Amma bu gün qoyunla quzunu tanıyan adamları ətrafına yığıbdır deyə nazirlik düzəlib. Bizim istədiyimiz də xalq narazı qalmasın. Əgər yeni kadr özünü doğruldacaqsa, əlbətdə ki, ona sağ ol deyəcəyik.

Götürək icra nümayəndəliklərini. Bu gün elə icra nümayəndəlikləri var ki, ora boşdu, müavinlər işləyir. Müavinlər də rayonda pul yığır ki, məndən pul istəyirlər, aparıb verəcəm, icra başçısı olacam. Bax elə bununla da dövlət başçısının gördüyü işlərin üzərinə elə bil ki, soyuq su töküb batırırlar. Məmurların istefa mədəniyyəti olmalıdır. Mən üzümü dövlət başçısına tutub xahiş edirəm ki, çıxartdıqlarını elə-belə buraxma. Əllərində milyardladı qoyursan, aparırlar sənin dövlətinə qarşı xərcləyirlər. Eldar Həsənovu saxladıbsan, indi böyründən başqası da çıxacaq. Bunların dövlətdən oğurladıqları pulları əllərindən al, fond yarat, elan et ki, məsələn, Əbülfəz Qarayev çıxarıldı, dövlətdən mənimsədiyi pullar əlindən alınıb fonda qoyuldu. Daha bu məmurdan alıb o məmura verməsin. Onda şəffaflıq olar və nüfuzumuz daha da qalxar. Yoxsa biz faktları deyirik, sabah da başqa cür olur, onda da yazırlar ki, noldu siz belə deyirsiz, amma əksi olur. Bizi qatıbsız bu milyaderlərin ayağına, bunların da trolları bizi öldürməklə hədələyir. Xaricdən zəng edib məni tənqid edirlər. Nə demişəm ki, demişəm Eldar Həsənov Müntəzirdi kimdi, o xaricdə dövlət başçımızı söyəni maliyyələşdirir. Bunu indi demirəm ki, hələ səfir olduğu vaxtdan deyirəm. Sual olunur, niyə buməsələ bu gün ortaya çıxır? Niyə səfir olduğu dövrdə bu məsələləri görmürdülər? Niyə o nazirləri çıxarana qədər nə işlə məşğul olduqlarını bilmirlər? Yaxşı, SOCARda neçə illərdir yoxlamalar getmir? Və yaxud da ki, “AZAL”da. Axı, cənab Prezident, siz buna pul ayırıbsız, təyyarələri dövlətin hesabına alıb, hanı bu pullar, niyə qaytarmırlar? Niyə SOCAR bu gün minusla işləməlidir? Lüsdurları qızıldandır, niyə soruşmursan ki, sənin maaşın 1700 manatdır, necə almısan, nəylə almısan bunu? Ona görə də çıxan nazirlərin hamısının pulu əlindən alınmalıdır. Bunlar çıxıb gedəndə də sakit durmurlar. Arı kimi hərrənirlər, fırlanırlar gəlib prezidenti sancıb gedirlər ki, bizi niyə çıxartdı. Ona görə də bunların milyardları əllərindən alınmalıdır. Nə qədər ki, Ziya Məmmədovların, Eldar Mahmudovların, Zakir Qaralovların, Əbülfəz Qarayevlərin, çıxarılan generalın əllərindən oğurladıqları pullar alınıb, şəffaf şəkildə bir büdcə yaradılıb ora qoyulub Azərbaycandakı kasıb təbəqəyə, pensionerlərə, şəhid ailələrinə verilməyəcək, Azərbaycanda sabitlik olmayacaq”.

Versus.Az

araz.az xəbər portalı.