FotoJet62Bakıda avtobuslar üçün ayrılan yeni dayanacaq yeri diqqəti çəkib. 
Məsələ ilə bağlı fotolar sosial şəbəkədə paylaşılıb. Söhbət paytaxın Nizami rayonu, Cəmşid Naxcivanski küçəsindən gedir. Məlumatda qeyd olunub ki, son illər ərzində yüz minlərlə yaşlı ağac müxtəlif səbəblərdən məhv edilib:
“Ağacların kəsilməsi məsələsini hər kəs bilir. Lakin, bu qeyri-adi addım ilə adiyyəti qurum təbiəti qoruduğunu göstərmək istəyib. Avtobuslar ücün dayanacaq təşkil edilib və guya təbiəti qorumaq məqsədilə bu iki ağacı kəsilməyib. Ağaclar da indi anormal formada qalıb yolun ortasında. İndi bu nə yoldur, nə dayanacaq, nə də səkidir”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, sosial şəbəkədə yayılan fotolarla əlaqədar agentliyin əməkdaşları əraziyə baxış keçirib:
“Hazırda əməkdaşlarımız tərəfindən məsələ araşdırılır. Nizami rayonu Cəmşid Naxcivanski küçəsində AAYDA tərəfindən asfalt örtüyü çəkilməyib. Məsələ tərəfimizdən araşdırıldıqdan sonra ictimaiyyətə yekun məlumat veriləcək”.Oxu.az

Fotoları təqdim edirik

araz.az xəbər portalı.