parla az 40b79aa75efe69f968e1c7b49418acba zq7nymwt18rugs0felo4 640x336Belarus prezidenti Aleksandr Lukaşenko təhlükəsizlik qüvvələrinin, xüsusi xidmət orqanlarının, hökumət rəsmilərinin və media işçilərinin təhdid edildiyini açıqlayıb.

PARLA Belarus mətbuatına istinadla xəbər verir ki, Lukaşenko Təhlükəsizlik Şurasının növbəti iclasını çağırıb.

İclasda ölkədəki etiraz aksiyaları müzakirə edilib. Prezident bildirib ki, ölkədə hökumət rəsmiləri belə təhdid edilir: “Zavod və fabriklərin işçilərinə, müəssisə rəhbərlərinə təhdid və hücumlar edilir. Bu bizi narahat edir. Qərb dövlətləri açıq şəkildə etirazçılara maddi dəstək göstərir. Biz bunu bilirik və bu məsələ ilə məşğul olacağıq. Mən onlara məsləhət görərdim ki, əvvəl öz ölkənizdəki problemlərlə məşğul olun. Fransadakı “sarı gödəkçələr” hərəkatını, ABŞ-dakı iğtişaşları müzakirə edin. Almaniyada və digər Avropa ölkələrində koronavirus qadağalarına qarşı etirazlarla məşğul olun”.

 

 

 

 

araz.az

araz.az xəbər portalı.