IMG 20200819 WA0039 950x500“Mən hazırda bağdayam. Məni bu məsələyə görə narahat etməyin”.
Bilgisel.az xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev gənc yazıçı Kəramət Böyükçölün həbs edilməsi ilə bağlı bildirib.
O, bu xəbəri beş dəqiqə əvvəl öyrəndiyini qeyd edib: “Bu xəbəri beş dəqiqə əvvəl eşitmişəm. Buna görə heç nə deyə bilmərəm. Hazırda bağdayam. Məni bu məsələyə görə narahat etməyin”.
Qeyd edək ki, Kəramət Böyükçöl bir müddət əvvəl “Facebook” üzərindən canlı yayım açaraq tənqidi fikirlər səsləndirib. Canlı yayımda yazıçının evinə gələn polislər, qonşularının onu şikayət etdiyini bildirib və saxlanılıb.

Aytəkin Cəlali

araz.az xəbər portalı.