parla az dfead15448e03cf2db8cb8fde3cbd484 kahxp9slmg3b6rownfqe 640x336Belarus Prezidenti Aleksandr Lukaşenko Daxili İşlər Nazirliyinə (DİN) ölkədə, xüsusilə də Minskdə mitinqlərin qarşısını almaq barədə göstəriş verib.PARLA-nın verdiyi xəbərə görə, bu barədə A. Lukaşenko Təhlükəsizlik Şurasının iclasında bildirib.“Minskdə bir daha mitinqlər olmamalıdır. İnsanlar yorulur, onlar sülh və sakitlik tələb edirlər. Belarusluların nəyi itirə biləcəklərinə nəzər salması yaxşıdır. Sakit ölkədə yaşamağa alışmış bir çox insan var. Bu sakit ölkəni onlara qaytarmalıyıq”, – deyə A. Lukaşenko deyib.A. Lukaşenko işçiləri təhqir və küçə təhdidlərindən qorumağı da tapşırıb: “İşləyən insanları, yalnız fabrik işçilərini deyil, digər işçi qrupları, təşkilatları, media işçilərini qoruyun. Mediada çalışan bəzi şəxslər etiraz etmək üçün çıxıb yenidən işə qayıtmaq istəsələr, onların belə bir şansı olmamalıdır. Əgər gedirsən, get. Ancaq işçiləri qorumalıyıq. Bu, bu gün bizim vəzifəmizdir”.

araz.az

araz.az xəbər portalı.