sarkisyanGenişmiqyaslı müharibə olarsa, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır.

Turkustan.info xəbər verir ki, bunu Ermənistanın eks-prezidenti Serj Sərkisyan deyib. O, müstəqilliyin tanınmasının yaranacaq çətin situasiya ilə əlaqədar olması gərəkdiyini bildirib.Sərkisyan, həmçinin Ermənistanın Dağlıq Qarabağla qarşılıqlı hərbi yardım barədə razılaşma imzalaması gərəkdiyini bildirib:“Bunu doğru zamanda etmək lazımdır ki, əlavə təhdid yaranmasın. Mən dərindən əminəm ki, belə ehtiyac yaranacaq”.O, Qarabağ məsələsinin yalnız beynəlxalq təzyiq nəticəsində həll edilə biləcəyini söyləyib:

“Azərbaycan rəhbərliyi Qarabağın müstəqilliyi ilə heç vaxt razılaşmayacaq”.

araz.az

araz.az xəbər portalı.