Araşdırmaçı jurnalist, azsiyaset.com saytının Baş redaktoru Samir Feyruzov tərəfindən, vəzifəsini itirəndən günü istintaqlarda keçən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərliyə qarşı daha bir ağır ittiham irəli sürülüb. araz.az xəbər portalı xəbər verir ki, özünün Facebook səhifəsində bu barədə verdiyi olduqca düşündürücü yazısında, müəllif, xüsusi olaraq onu vurğulayır ki, rəhbəri olduğu KİVDF-ni mafiya qanunları ilə idarə edən Vüqar Səfərli, 2020-ci ilin may ayının 11-də baş tutan həmin gizli görüşdə, həmin vaxt Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin sektor müdiri vəzifəsində çalışan Mehman Talıbovu dözülməz şantajlarla üz-üzə qoyub. Məhz buna görə də, onda, məsul vəzifə sahibi olan həmin şəxs qəfildən vəfat edib.
KİVDF-nin keçmiş rəhbəri ilə bağlı ortaya atdığı yeni iddiasında tanınmış qələm sahibi bildirir ki, həmin bağ evi Vüqar Səfərlinin özünə məxsusdur. Və bu bağdakı həmin gizli görüşdən cəmi bir gün sonra — may ayının 12-də Mehman Talıbov qəfildən vəfat edib: “Bu həmin vaxt idi ki, istintaq orqanlarında dövlət tərəfindən KİVDF-yə ayrılan pullar müzakirə olunurdu. Vəzifəsindən uzaqlaşdırılan Vüqar Səfərlinin jurnalistlər binasındakı maxinasiyaları və korrupsiya əməlləri ilə bağlı məsələ gündəmin əsas vitrin mövzusuna çevrilmişdi.
Bu hadisədən bir ay sonra – iyun ayının 11-də açıqlandı ki, Vüqar Səfərli dövlətə vurduğu maddi ziyanın 100 min manatını barəsində gedən istintaq zamanı ödəyib.
Etibarlı mənbələr bildirir ki, Vüqar Səfərlinin bağ evində baş tutan həmin görüş Mehman Talıbovun ölümünə səbəb olub. Ehtimal olunur ki, görüş zamanı Vüqar Səfərli dövlətə vurduğu böyük ziyanın ödənilməsini nazirliyin sektor müdirinin üzərinə yükləyib”.
Vüqar Səfərliyə qarşı irəli sürdüyü ağır ittihamdan bəhs edən bu yazısının sonunu müəllif belə bitirir: “Hüquq-mühafizə orqanları məsələni araşdırmalıdır. Çünki, etibarlı mənbələr tərəfindən, KİVDF-ni mafiya qanunları ilə idarə edən Vüqar Səfərlinin Mehman Talıbovu şantaj etdiyi, məhz bu səbəbdən də, sektor müdirinin qəfil keçindiyi ciddi olaraq bildirilir”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.