ABŞ-ın yeni hərbi hesabatı Şimali Koreya lideri Kim Çen Inın saxladığı nüvə bombaları və tonlarla kimyəvi silahları ortaya çıxarıb.
Publika.az xəbər verir ki, hesabatda Şimali Koreyanın 60-a yaxın nüvə bombası və 5 min ton kimyəvi silahının olduğu yer alıb.
Ötən ay yayımlanan “Şimali Koreyanın taktikası” adlı hesabatda ABŞ ordusu Şimali Koreyanın bu ehtiyatlardan imtina etməsinin mümkün olmadığını ifadə edərək, bunları rejim dəyişikliyini istəyən ölkələr üçün təhdidedici vasitə kimi istifadə etdiyini bildirib.
Hesabata görə, ölkə hər il 6 yeni cihaz istehsal etməklə 20-60 nüvə bombası hazırlamaq gücünə malikdir. Beləliklə, nüvə bombasının sayının bu ilin sonuna qədər 60-dan 100-ə çatacağı qeyd edilib.
ABŞ ordusu Şimali Koreyanı 5 min ton kimyəvi maddə ilə dünyanın ən böyük kimyəvi silaha sahib 3-cü ölkəsi olaraq dəyərləndirib.
“Yonhap” xəbər agentliyinin məlumatına görə, hərbi münaqişə vəziyyətində Şimali Koreyanın bu silahlardan istifadə edəcəyi qaçılmazdır.
Akqabay
araz.az xəbər portalı.