Azad İsazadə: “Necə ki, Türkiyə bunu Liviyada etməkdədir”
Rusiyanın Müdafiə Nazirliyi Suriyada daha bir rus generalının öldürülüməsi ilə bağlı açıqlama yayıb.
Maraqlıdır, Rusiyanın Suriyadakı hərbi itkilərinin artması Kremlin bu ölkədəki hərbi aktvliyini azalda, yaxud rus ordusunun Suriyanı tərk etməsi ilə nəticələnə bilərmi?
Moderator.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə, Rusiyanı Suriyadan iki halda çıxa biləcəyini vurğuladı:
“Doğrusu inanmıram ki, hərbi itkilərin artması rus ordusunun Suriyanı tərk etməsinə səbəb olsun. Lakin Türkiyənin Cənubi Qafqazda aktivləşməsi Rusiyada kifayət qədər ciddi narahat edərsə, o zaman Rusiya bu yöndə hansısa addımlar ata bilər.
Məlum olduğu kimi, həm Suriya, həm də Liviya vaxtiylə Türkliyənin nəzarətində olan ərazilər olub. Ancaq bəlli müddət öncə Rusiya Türkiyənin maraq dairəsində fəaliyyətini artırdı. Hansı ki, indi Türkiyənin Cənubi Qafqazda aktivləşməsi müşahidə edilir və bu, ölkəmizin maraqlarına tamamilə uyğundur. Türkiyənin Cənubi Qafqazdakı aktivliyi Azərbaycanın maarqlarının daha etibarlı şəkildə müdafiəsinə şərait yaradır.
İkinci bir variant bu ola bilər ki, rus ordusunu Suriyadan hansısa qüvvələrin təsiri altında, hərbi əməliyyatlar hesabına çıxarsınlar. Necə ki, eyni şeyi Türkiyə Liviyada edir. Türkiyənin Liviyadakı hərbi uğurları fonunda Rusiyanın Liviyadakı mövcudluğu çox sönük görsənir”.
Seymur ƏLİYEV
araz.az xəbər portalı.