“Azərişıq” ASC-nin abonentlərə kütləvi şəkildə artıq borc yazması ilə bağlı şikayətlər artmaqdadır. Sosial şəbəkələrdə demək olar ki, hər gün vətəndaşlar narazılıqlarını bildirirlər.
Reportyor.info xəbər verir ki, daha bir abonent – İlham Həbib şikayətlənib: “Hər ay 20-22 manat işıq pulu gəldiyi halda bu ay 43 manat işıq pulu gəlib. Evdə əlavə heç bir elekterik avadanlığı işləməyib. Yəni aprel, may, iyunda da eyni elektrik avadanlıqları işləyib. Amma çox pul yazılıb. Maraqlıdır niyə?!”
Digər narazı abonent Süsən Muradovadır: “89kv.m evdə bu qədər işıq sərfiyyatı olmayıb. Aprel ayında Azərsu, indi ise Azərişığın ov mövsümüdür. Şərhsiz və yiyəsizlik…Onsuzda ödəyəcəm, amma millətimiz əsla qoyun deyil. Şikayətə nə baxan, nə də sayan var…”
Başqa bir narazı abonent isə Emin Əmrahovdur: “Hər ay üçün işıq sərfiyyatı ilə sonuncu ayın işıq sərfiyyatı arasindakı fərqə baxın. Evdə işlənən sərfiyyatı təxmin etdiyimiz üçün bu rəqəm sadəcə olaraq absurdur. Xüsusi ilə bu dönəmdə belə etmək lazım deyildi, hörmətli Azərişıq Azərişıq ASC!”
araz.az xəbər portalı.