Qərb Belarusdakı etirazlarda Svetlana Tixanovskayanın rəhbərliyinə etiraz edib. Psixoloji və intellektual testlər müxalif siyasi lider üçün son dərəcə aşağı nəticələr göstərib. Bundan əlavə, Tixanovskayanın ağır psixoloji durumda olduğu deyilir. Bununla əlaqədar ABŞ və onun Mərkəzi Avropadakı tərəfdaşları başqa bir layihəni – Koordinasiya Şurasını dəstəkləmək niyyətindədirlər. Ancaq bir neçə şuranın fəaliyyəti nəzərdə tutulur ki, onlardan birinə yenə Tixanovskaya, digərinə Vadim Prokopyev rəhbərlik edəcək. Valeria Tsepkalonun rəhbərliyi altında üçüncü şuranın yaradılması da mümkündür.
Tixanovskayanın liderliyinə edilən “stavka” alınmayıb.
Reyting.az xəbər verir ki, anonim Telegram kanallarının yaydığı məlumata görə, Tixanovskaya Litvaya uçandan sonra onu ingilis psixoloqları reabilitasiya ediblər. Proses 48 saat çəkib. Xanım siyasətçinin IQ testləri normadan aşağı nəticə göstərib – 82. ABŞ Müdafiə Nazirliyinin hərbi psixiatrları da müxalifətçi xanımla söhbət ediblər və Tixanovskayanın ruhi-psixoloji durumunun kritik həddə olduğunu müəyyən ediblər.
Bundan sonra ABŞ-ın Vilnüs və Varşava səfirliklərindəki müxalif kuratorlarla görüşlərdən imtinaya qərara verilib və müxalifətin 45 nəfərdən ibarət Koordinasiya Şurasının yaradılması ilə bağlı “B planı” işə salınıb. Şuranın məqsədi hakimiyyəti Lukaşenkadan alıb kollektiv müxalifətə ötürməkdir. Lakin Koordinasiya Şurası ideyası nəzarətdən çıxıb. Bu gün yalnız Svetlana Tixanovskaya, Vadim Prokopyev və Valeri Tsepkalonun rəhbərliyi altında üç qurumun yaradılmasından söhbət gedə bilər.
Tixanovskaya müxalifətin vahid lideri roluna yaramasa da, Qərb diqqə
araz.az xəbər portalı.