Xəbər verdiyimiz kimi, kirayədə qaldığı evin sahibinin və qonşuların şikayətləri əsasında polis tərəfindən saxlanılan yazıçı Kəramət Böyükçöl bu gün sərbəst buraxılıb.
“Qafqazinfo” xəbər verir ki, o, şəxsi feysbuk hesabında status paylaşaraq baş verənlərə aydınlıq gətirib.
“Günlərdir gərgin idim. Ürəyim parlayırdı. Dözə bilmirdim. Ən adi problemlərin qarşısında özümü aciz hiss edirdim. Bezmişdim. Yorulmuşdum. Reallıqlarla barışa bilmirdim. Və belə bir vəziyyətdə emosiyalarımı saxlaya bilmədim, canlı açıb kobud ifadələrlə çıxış elədim, statuslar yazdım. Bütün hallarda nə olur olsun, içkili bir vəziyyətdə içində qeyri-etik ifadələrin yer aldığı o cür çıxışlar etməməli idim və inanmaq istəyirəm ki, mən cəmiyyət üçün bir-iki çıxışın qurbanı olacaq, bir-iki sərxoş çıxışa görə silinib atılacaq adam deyiləm. Bir az yaşamaq istəyirəm, qızıma, oğluma görə yaşamaq istəyirəm. Yeni əsərlər yazmaq istəyirəm. Polisdən buraxılmışam, indi hal-hazırda xəstəxanadayam. Müalicə almağa başlamışam. Özümü vahimə içində, yorğun və o qədər ümidsiz, halsız hiss edirəm ki, bu cəhənnəm quyusundan məni ancaq sizin dəstəyiniz, təsəlliniz çıxara bilər, əziz dostlar. Ümid edirəm ki, yaxşı olacam” – deyə o, paylaşımında bildirib.
araz.az xəbər portalı.