big 1597866719 aiiPolşa və Litvanın təşəbbüsü ilə Avropa İttifaqının 27 ölkəsinin dövlət və hökumət başçıları Belarusdakı vəziyyətlə bağlı videokonfrans formatında təcili zirvə görüşü keçirib.“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin nümayəndəsi Barend Leyts açıqlama verib.“Aİ liderlərinin Belarusdakı vəziyyətlə bağlı videokonfransı başladı”, – deyə o, öz “Twitter” hesabında yazıb.Danışıqlar bağlı qapılar arxasında keçirilib.Avropa İttifaqı Belarusdakı prezident seçkilərinin nəticələrini tanımır. “Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib.

Mişel Minski böhrandan qeyri-zorakı çıxış yolunu tapmağa çağırıb və Aİ-nin “hakimiyyətin sülh yolu ilə keçidini müşayiət etməyə” hazır olduğunu bildirib.

araz.az

araz.az xəbər portalı.