fifa 346727FİFA futbolçuların milli komandalarda çıxış etmək hüququ qaydasında dəyişiklik etməyi planlaşdırır.

 qol.az xəbər verir ki, yeni qayda ilə bəzi oyunçuların yığma komandasını dəyişmək asanlanacaq.

Hazırkı qaydaya əsasən, futbolçu milli komanda ilə ən azı 1 rəsmi görüş keçiribsə, ikinci yığmada oynaya bilməz.

FİFA ilk çıxış etdiyi yığmada 3 rəsmi matçdan çox oynamayan futbolçunun komandasını dəyişə bilməsi variantı haqda düşünür. Ancaq dünya çempionatının və konfederasiyaların final turnirlərində iştirak edənlərin vətəndaşlıqlarını dəyişməsi mümkün olmayacaq.

FİFA eyni zamanda futbolçulara oynamayacağı təqdirdə, ilk milli komandalarına qayıtmağa icazə verməyi təklif edir.

211 milli federasiya FİFA-nın Sürixdə onlayn formada keçirəcəyi iclasda qaydaları təsdiqləsə, yeni qayda gələn aydan qüvvəyə minəcək.

araz.az

araz.az xəbər portalı.