“Prezidentin keçmiş köməkçisi Əli Həsənovun səhhətində ciddi problemlər yaranıb və təcili olaraq Türkiyəyə yola salınıb”.
KONKRET.az xəbər verir ki, onun yaxın qohumu Elton İbrahimovun verdiyi xəbərə görə, “Son bir neçə həftə ərzində Əli müəllimin ürək-damar sistemindəki problemlər kəskin şəkildə özünü büruzə verməyə başlayıb. O ev şəraitində müalicə alsa da, dünən gecə səhhəti qəflətən pisləşdiyiinə görə Türkiyəyə yola salınıb və dərhal da xəstəxanaya yerləşdirilib”.
P.S. Redaksiyaya verilən digər məlumata görə, o həbs ediləcəyindən qorxaraq Türkiyəyə qaçıb.
araz.az
araz.az xəbər portalı.