Обращение Совета прессы Азербайджана к Союзу журналистов России
Otuz ildən artıqdır davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin gərginləşməsi, o cümlədən hərbi əməliyyatların intensiv xarakter alması dünyanın kütləvi informasiya vasitələrinin diqqətindədir. Rusiya mediası da məsələyə fəal yanaşması ilə seçilir.
Rusiyanın ayrı-ayrı KİV-lərinin timsalında münaqişənin tarixinə, hazırkı durumuna marağın obyektiv təzahür formalarını, mövzuya dair peşəkar təqdimatları görür, yüksək dəyərləndirir, təşəkkürümüzü bildiririk.
Ümumən Rusiya cəmiyyətinin məsələdəki həssaslığı təbiidir. Ancaq təəssüf ki, ictimaiyyət ölkə mediasının timsalında Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla bağlı əsasən qeyri-obyektiv şəkildə məlumatlandırılır. Hadisə və faktlara birtərəfli münasibət göstərilir. Təəssüf doğuran məqam isə budur ki, Rusiya KİV-lərinin məsələyə münasibətilə Ermənistan rəsmi dairələrinin, siyasilərinin yalan və iftiralara köklənmiş mövqeyi əksər hallarda üst-üstə düşür. Sıralarında Azərbaycanın aparıcı media orqanlarını, jurnalist təşkilatlarını birləşdirən Azərbaycan Mətbuat Şurası buna etirazını bildirir.
Azərbaycan Mətbuat Şurası Qərb mediasının da Dağlıq Qarabağ münaqişəsinin hazırkı alovlanma səbəbləri və tarixi ilə bağlı materiallarını izləyir. Orada da birtərəfli şərhlərə rast gəlinməkdədir. Lakin müqayisəli yanaşdıqda, görürük ki, Rusiyanın bir sıra başlıca media orqanları obyektiv həqiqətlərə, real duruma qərəzli, ədalətsiz yanaşma, cəmiyyəti yanlış yönləndirmə baxımından Qərb ölkələrinin KİV–lərindən daha öndədir. Bu bizi çox məyus edir. Tam qətiyyətlə bildiririk ki, belələrinin yayımlarında, təhlillərində təsvir edilən Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, problemin hazırkı inkişaf dinamikası ilə reallıq arasında heç bir əlaqə yoxdur. Hesab edirik ki, belə xoşagəlməz dəst-xəttin seçilməsi Azərbaycanın və Rusiyanın ictimaiyyət nümayəndələri, ziyalıları arasındakı dostluğa və səmimiyyətə əsaslanmış münasibətlərə məhəl qoymamaq cəhdidir. Bütün bunları nəzərə alaraq Sizlərə – Rusiya Jurnalistlər İttifaqının üzlərinə müraciət edirik.
Rusiya Jurnalistlər İttifaqı yalnız bir ölkənin deyil, ümumən dünyanın ən böyük, ənənələrə malik oturuşmuş jurnalist təşkilatlarındadır. O, Rusiya mediası və ictimaiyyəti ilə yanaşı, ümumən beynəlxalq media industriyasına təsirə malikdir. Azərbaycan Mətbuat Şurası bu qurumla əlaqələrimizdən məmnunuq. Sevindirici haldır ki, biz birgə əməkdaşlıq haqqında memoranduma malikik. Həmin sənəddə nəzərdə tutulan perspektiv planları, ən əsası isə təşkilatın Rusiya cəmiyyətindəki yüksək populyarlığını nəzərə alaraq istərdik ki, o, özünün səlahiyyətlərindən istifadə edərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birtərəfli təqdimatlara qarşı öz mövqeyini açıqlasın. Mütərəqqi, demokrarik ruhlu ictimai instutut olan Rusiya jurnalistikası Dağlıq Qarabağda, ümumən Rusiya üçün önəmlı olan, tarixi maraqlar baxımından əhəmiyyətli coğrafiya sayılan Cənubi Qafqaz regionunda sülhün və sabitliyin, əminamanlığın və firavanlığın yaranmasında maraqlıdırsa, hansısa lokal mənafelərin təminatından mütləq şəkildə daşınmalı, hadisə və proseslərə məhz jurnalist peşəsinin prinsipləri baxımından yanaşmalıdır. Bu bizim arzu və istəyimizdir. Ümüd edirik ki, Rusiya Jurnalistlər İttifaqı da məsələyə öz dəstəyini ifadə edəcəkdir. Tam əmin edirik ki, bu dəstək nəinki münaqişə nəticəsində ərazi bütövlüyü, beynəlxalq müstəvidə təsbit olunmuş sərhəd toxunulmazlığı pozulmuş Azərbaycanın haqq işinə, eyni zamanda bəşəri ədalətin bərqərar olmasına müstəsna köməkdir.
30.09.2020.
***
Обострение ситуации вокруг армяно-азербайджанского конфликта в зоне Нагорного Карабаха, длившегося более тридцати лет, а также интенсификация военных действий, находятся в центре внимания мировых СМИ. Российские СМИ также проявляют активный интерес к этому вопросу.
Мы видим как некоторые российские СМИ проявляют объективный интерес к истории конфликта, текущей ситуации, делая профессиональные презентации по теме. Мы ценим это и выражаем признательность.
В целом чувствительность российского общества хорошо известна. Но, к сожалению, есть СМИ, которые в основном предвзято информируют общественность о нагорно-карабахском конфликте и Азербайджане. Формируется односторонний подход к событиям и фактам. К сожалению, позиция российских СМИ по данному вопросу, часто совпадает с позицией армянских официальных лиц и политиков, основанной на лжи и клевете. Совет прессы Азербайджана, объединяющий ведущие СМИ и журналистские организации Азербайджана выступает против этого.
Совет прессы Азербайджана также следит за материалами западных СМИ отражающих причины и историю нагорно-карабахского конфликта. Есть и односторонние комментарии. Однако при сравнительном подходе мы видим, что ряд крупных российских СМИ опережают западные СМИ с точки зрения предвзятого, несправедливого подхода к объективным фактам, реальной ситуации, что вводит в заблуждение общество. Это нас очень огорчает. Мы с уверенностью заявляем, что нет никакой связи между историей нагорно-карабахского конфликта, нынешней динамикой развития событий и реальностью, описанной в транслируемых материалах и анализах. Мы считаем, что выбор столь неприятной позиции – это попытка игнорировать дружеские и искренние отношения между общественными деятелями и интеллигенцией Азербайджана и России. Учитывая все это, мы обращаемся к вам – в лице Союза журналистов России.
Союз журналистов России – одна из крупнейших и наиболее традиционно устоявшихся журналистских организаций, не только в одной стране, но и в целом мире. Организация оказывает влияние на российские СМИ и общественность, а также на международную медиаиндустрию. Совет прессы Азербайджана доволен развитием наших отношений с этой структурой. Отрадно, что у нас имеется меморандум о сотрудничестве. Учитывая долгосрочные планы, изложенные в документе, и, что самое главное, высокую популярность организации в российском обществе, мы хотели бы, чтобы она использовала свои полномочия, и изложила свою позицию касательно одностороннего подхода к нагорно-карабахскому конфликту. Если российская журналистика, прогрессивный, демократический общественный институт, заинтересован в мире и стабильности, безопасности и процветании в Нагорном Карабахе и в Южно-Кавказском регионе, что важно и для России в целом, с точки зрения исторических интересов, если страна заинтересована в установлении безопасности и процветания, то подобного рода подход к ситуации должен быть исключен. Это то чего мы хотим. Надеемся, что Союз журналистов России также выразит свою поддержку в этом вопросе. Мы убеждены, что эта поддержка станет исключительным вкладом не только в дело Азербайджана, территориальной целостности и международной неприкосновенности, которые были нарушены в результате конфликта, но и в установлении человеческой справедливости.
Совет прессы Азербайджана,
30.09.2020
araz.az xəbər portalı.