Moldovanın Tribuna informasiya portalında Effektiv Siyasət İnstitutun (Kişinyov) direktorunun müavini, tarix elmləri doktoru, siyasi analitik Ruslan Şevçenkonun “Azərbaycan ərazi bütövlüyünü bərpa etməyə başladı” adlı məqaləsi dərc olunub.
Məqalədə Ruslan Şevçenko erməni-azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixinə toxunur, Minsk Qrupu çərçivəsində aparılan danışıqların nəticəsizliyini qeyd edərək, vurğulayır ki, .Minsk Qrupu çərçivəsində fəaliyyət göstərən beynəlxalq vasitəçilər Ermənistana işğal olan torpaqları qaytarmaq üçün təzyiq göstərmək əvəzinə, münaqişəni sadəcə “dondurmuş” vəziyyətdə saxlayırdılar. Həmçinin R.Şevçenko qeyd edir ki, 1994-cü ildən atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq, Ermənistanın mütəmadi təxribatları və cəbhə bölgəsinə yaxın Azərbaycan yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində çoxsaylı dinc əhali həlak olmuşdur və həlak olmağa davam edir.
Şevçenko qeyd edir ki, bu illər ərzində Azərbaycan tərəfi danışıqlar prosesinə sadiq olub, cünki danışıqlar prosesi nəticəsində ədalətin zəfəri və beynəlxalq hüququn bərqərar olmasına ümid edib.
Məqalənin müəllifi vurğulayır ki, Qarabağ uğrunda müharibə – çətin, lakin Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün mümkün bir vəzifədir. “Müharibənin uğurlu nəticəsi və Azərbaycanın qanuni hakimiyyətinin Qarabağda bərpası, Moldovamız da daxil olmaqla, separatçılıq virusu ilə mübarizə aparan bütün ölkələr üçün faydalı bir nümunə olacaq və digər tərəfdən, dövlətlərin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyini şübhə altına almağa çalışan bütün separatçılar üçün sərt, lakin vacib bir dərs olacaqdır”,-deyə R. Şevçenko qeyd edir.
Məqalə ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:
araz.az xəbər portalı.
araz.az xəbər portalı.