Sabir Rüstəmxanlı VOA Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bu gün VHP qərargahında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin müşaviri Piter Kaufman ilə görüşüb. Partiyadan araz.az-a daxil olan xəbərə görə, görüşdə Azərbaycan-Ermənistan münaqişəsi, cəbhədəki vəziyyət və regiondakı geopolitik durum müzakirə olunub. P. Kavfman ATƏT-in Minsk qrupunun üzvü olan rəsmi Vaşinqtonun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. 
         Sabir Rüstəmxanlı ABŞ-lı diplomata Qarabağ münaqişəsinin tarixi, Azərbaycan torpaqlarının işğalı və 30 il müddətində sülh danışıqlarının səmərəsizliyi haqda məlumat verərək, Azərbaycan xalqının belə bir durumla barışmadığını deyib. Piter Kaufman görüşdən məmmunluğunu bildirərək, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini  və ABŞ-Azərbaycan münasibətlərinin bundan sonra da inkişaf edəcəyindən əminliyini ifadə edib.WhatsApp Image 2020 10 15 at 16.52.26
 
 
 
 
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.