Paytaxt Baki şəhərinə aramsız yağan yağış sularlarının törətdiyi fəsadlar, Binəqədi rayonunun bir çox yaşayış məntəqələrində də biabırçılıqları üzə çıxartdı. Ötən gecələrin leysan yağışları və sulu qarı rayonunun M. Ə. Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsi, 10-cu döngə ünvanında yaşayanları olduqca narahat edib. Ümumiyyətlə, bütöv Zəngəzur küçəsində yaşayan sakinlər bu biabırçılığı yaşayırlar. Dizdən yuxarı çirkab suları içində qalan, həyətyanı sahələri, yaşayış evlərinin içini və zirzəmilərini su basan sakinlərin aidiyyatı dövlət qurumlarına etdikləri şikayət xarakterli müraciətlərin hələ də heç bir nəticəsi olmayıb. Yağışdan ziyan çəkmiş ərazilərlə və sakinlərin acınacaqlı durumu ilə, hələ də Binəqədi rayon İcra Hakimiyyətinin səlahiyyət sahibləri maraqlanmayıblar. Hətta, bu biabırçılığa Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin də reaksiyası olmayıb.
Görəsən, əraziyə hansı dövlət qurumu baxış keçirməli və yaranmış ciddi problemin aradan qaldırılması istiqamətində müvafiq tapşırığını da verməlidir?!. Belə bir suala cavab tapmaqda çətinlik çəkən Zəngəzur küçəsinin sakinləri, son anda məcbur olub Prezident Administrasiyasına üz tutmağı qərara alıblar.
Çoxsaylı oxucularımıza təqdim etdiyimiz VİDEO, qeyd etdiklərimizin təsdiqidir.
[bt_youtube url=”https://www.youtube.com/embed/8dA9T_yLPr4″ width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.