rep ea2563bc 608f 399a 9241 fd7b321ee6f8

Son bir neçə gündür ki, bəzi media qurumlarında Şamaxı rayonu, Sabir qəsəbə sakini Atakişiyev Mehman Nizaməddin oğlu adlı şəxsin iddiası əsasında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 19 saylı Xüsusi Təyinatlı Yol İdarəsində yaşanan biabırçılıq, məhz ölkə gündəmini zəbt edən əsas mövzulardan birinə çevrilib. Belə ki, adı çəkilən bu şəxsin iddiasına görə 19 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin müdiri Nazim Eynallı onun həyat yoldaşı ilə intim münasibətdə olur və belə bir səbəbdən də, xanımı Zümrüd Atakişiyeva dünyaya uşaq gətirir. Mehman Atakişiyev verdiyi açıqlamasında onu da qeyd edir ki, “Mən idarədə kaçeqarçı (fəhlə) işləyirdim, elə hallar olurdu ki, sutka ərzində 24 saat işdə olurdum. Günlərin birində gördüm ki, Nazim Eynallı həyat yoldaşıma mobil telefon, hətta Dubaydan gətirdiyi bahalı ətir də alıb. Bütün bunların hər biri məndə müəyyən şübhələrin baş qaldırması ilə nəticələndi. Hətta, günlərin birində həyat yoldaşım Zümrüd Atakişiyeva, idarə rəisindən uşağa qaldığını  da dilə gətirdi. Bununla bağlı bu ilin mart ayından aidiyyatı dövlət qurumlarına şikayət ərizələri göndərsəm də, çox təəssüflər olsun ki, hələ də şikayətimə baxan yoxdur”.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/GI4VwTZ6rtQ’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

      Əslində belə bir açıqlamanın yayılması, öz-özlüyündə biabırçı halın varlığıdır. Çünki, müxtəlif yaş həddində olan və böyük bir kollektiv üzvlərinin çalışdığı 19 saylı Xüsusi Təyinatlı Yol İdarəsi də, bu gün ölkəmiz üçün olduqca strateji əhəmiyyət kəsb edən müəssisələrdən biri hesab olunur. Əgər bu müəssisədə mənimsəmə faktı və digər qanunsuzluq əməlləri ilə bağlı hansısa müzakirələr aparılsaydı, o halda aparılan müzakirələrə müəyyən ad vermək olardı. Hazırda Nazim Eynallının rəhbəri olduğu bu idarədə başqa bir şəxslə bağlı deyil, məhz idarə rəisinin adı ilə bağlı belə bir iyrənc mövzunun ölkə gündəmini zəbt etməsi, təkcə 19 saylı Xüsusi Təyinatlı Yol İdarəsinə deyil, bütövlükdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə utanc hissi gətirən haldır, böyük bir ləkədir.

Mövzu diqqətimizdədir.

araz.az xəbər portalının araşdırma qrupu

araz.az xəbər portalı.