Yusif Cabbarovun qisasçılığa sövq etdiyi “qara qüvvələr” və “şər-böhtan şəbəkəsi” də, iddiaların yalan olduğuna baxmayaraq, Ramin İsayevə qarşı münasibətin dəyişməsinə imkan vermirlər
Həbsi ilə və ona qarşı irəli sürülən yersiz iddialarla bağlı, sabiq Baş direktorun verdiyi vəsatətlərin qəbuluna məhkəmə hakimlərinin imkan verməmələri şərəfinə, bahalı restoranlarda kef məclisləri keçirən şəbəkə, “şər-böhtan maşınlarının “XODUNU” ARTIRIBLAR”
Ötən yazılarımızda da, xüsusi olaraq vurğuladığımız kimi, beynəlxalq neft-qaz sənayesində uzun müddət rəhbər vəzifələrdə çalışan, ölkəmizin ən uğurlu biznes idarəçilərindən biri kimi özünü tanıdan, eyni zamanda, qurucusu olduğu “SOCAR AQŞ”-nin 12 il 6 ay Baş direktoru vəzifəsini daşıyan Ramin İsayevə qarşı irəli sürülən 16 milyon manatdan çox mənimsəmə faktı ilə bağlı əsassız iddialar, 2022-ci ilin oktyabr-noyabr aylarında geniş ictimaiyyətin diqqətinə çatdırılıb. Elə, o vaxtdan da, onunla bağlı faktların olduqca saxtalaşdırılması, verilmiş sifarişlər əsasında, barəsində ölkənin media vasitələrində böhtan xarakterli yazıların tirajlanması və digər xoşagəlməz hallar camaatı olduqca narahat edən bir məsələyə çevrilib. Məsələnin maraqlı tərəfi odur ki, ölkə mətbuatı ilə bərabər, araz.az üçün də, Ramin İsayevin üz-üzə qaldığı haqsızlıqlar əsasında aşağı instansiya məhkəməsinin verdiyi ziddiyyətli Qərardan sonra, bu şəxsin təcili həbsində maraqlı olan və barəsində böhtan xarakterli yazılar tirajladan adıçəkilən neft qurumunun hazırkı rəhbəri Yusif Cabbarovla bərabər, “SOCAR — AQŞ”, “NEQSOL Holding”, “Nobel Energy”… şirkətlərinin digər rəsmi şəxslərindən, həmin yazılardakı ittihamlarına münasibət öyrənmək müşkül bir məsələyə çevrilib. Bir sözlə, indi onlar daha çox susmağa üstünlük verirlər.
Dəhşət ondadır ki, sabiq Baş direktorla bağlı ittihamlar öz təsdiqini tapmasa da, bu şəxsə qarşı münasibət dəyişmir ki, dəyişmir. Əsas səbəb isə odur ki, Yusif Cabbarovun şər-böhtan şəbəkəsi dinc durmaq istəmir. Etibarlı mənbələr də, belə deyirlər ki, o, şər-böhtan şəbəkəsinin işinə xeyli pul xərcləyir: “İnsanlar səhər yuxudan oyananda xoşməramlı əməllər barədə düşünürlər, çalışırlar ki, gün ərzində savab əməllər sahibi olsunlar. Onlarsa, yuxudan duran kimi, heç əl-üzlərini yumadan, onu fikirləşirlər ki, gün ərzində Ramin İsayeva böhtan və şantajla necə, nə yolla şər atsınlar, kimləri öz şər-böhtan şəbəkələrinə qoşsunlar. Beləcə, səhər açılan kimi, onların “şər-böhtan maşınları” işə düşür. Onlar, heç olmasa, müqəddəs aylarda barı pis əməllərindən əl çəkmək istəmir, başladıqları iyrənc gözdənsalma kampaniyalarını davam etdirirlər. Ətraflarındakı özləri xislətli adamları belə, bu yola təhrik etməklə, onların vasitəsi ilə, olmazın uydurmaları aləmə car çəkirlər. Bir sözlə, şər-böhtan məsələsində tayları-bərabərləri yoxdur. Hələ bu nədir ki, yuxarı instansiyalardakı vəzifə sahiblərinə yaxınlıq etmək üçün, “dəridən-qabıqdan çıxırlar”. Ramin İsayev kimi saf olan istədikləri adamları zəhərli ilan kimi sancmaq, zəhərləmək istəyi ilə qovrulurlar. Şantaj və böhtanla təkcə özləri məşğul olsaydı, dərd yarı idi, dəhşət ondadır ki, onlar, çoxlarını bu şəbəkəyə qoşa biliblər. Bunun pis nəticəsi isə, göz qabağındadır: Rəhbər əməllərinin bu tip iyrənc müəmmaları “SOCAR AQŞ”, “NEQSOL Holding”, “Nobel Energy”… kimi tanınan neft şirkətlərinin nüfuzuna birbaşa zərbəyə çevrilir! Bu məsul vəzifə sahiblərinin birgə törətdikləri qlobal xarakterli korrupsiya əməllərinin dəhşətləri isə, daha acınacaqlı, qəbuledilməzdir”.
Doğrudan da, təkcə araz.az-ın deyil, əksər media vasitələrinin çoxsaylı araşdırma və təhlil yazıları, bu şirkətlərin rəhbər şəxslərinin Ramin İsayevə qarşı uzun müddətdir başlatdıqları iyrəncliklərlə dopdolu şər, böhtan və şantaj kampaniyasını tam çılpaqlığı ilə ortaya qoyur. Bir daha məlum olur ki, istintaq altında olan sabiq Baş direktorun həbs müddətinin üçüncü dəfə uzadılması belə, bu iyrəncliklə birbaşa bağlıdır. Bunu adıçəkilən qurumlarda işləyən və Ramin İsayevi yaxşı tanıyan şəxlər də, ürəkağrısı ilə deyirlər: “Yaxşı tanıdığımız bu gözəl insanın həbs müddətinin üçüncü dəfə də uzadılmasının xəbərini aldıqdan sonra, pərişan olaraq, peşmançılıq hissi keçirdik. Çünki, ortadakı reallığa görə, az qala, minillik atalar sözləri belə, öz əhəmiyyətlərini itirmiş sayılır. “Yalan ayaq tutar, yeriməz!” atalar sözü bu qəbildəndir. Yusif Cabbarov, Cavid Hümbətov… kimi şantaj və böhtan ustalarının yalanları, nəinki “ayaq açıb, yeriyə”, hətta “qanad da çalıb, uça” bilir.
Sözümüzün canı var: “SOCAR AQŞ”-nin sabiq Baş direktorunun hər hansı bir günahı olsaydı, o, işdən azad edilərkən həbs olunardı. Üç il ərzində isə, bu baş vermədi, lakin bunların yalan, böhtan, uydurmaları sonunda, qurama ittihamlarla Ramin İsayev həbs olundu. Onda, həqiqət də, ortada oldu: Bu işin təşkilatçıları Yusif Cabbarov, Cavid Hümbətov, Vüqar Səmədli və digər “qara qüvvələr”, onun Vergilər Nazirliyində işə düzəlməsini biləndən sonra, həyatlarında ən böyük təşviş hissi yaşayırdılar. Çünki Ramin İsayev qurucusu olduğu həmin şirkətin təəssübünü daim çəkəcək, bir vergi məmuru olaraq, orada yeyintilərin, korrupsiya əməllərinin, maliyyə maxinasiyalarının olmasına imkan verməyəcəkdi. Bu quldur dəstəsinin içərisindən olan mənbə belə, onu deyirdi ki, Ramin İsayevin orada işləməsi, onların sonu olacaq. Ona görə də, ortaya, gülüş doğuran qəribə ittiham epizodları atdılar: Özü də, 16 milyonluq bir iddia ilə!
Onu da diqqətinizə çatdırmaq istəyirik ki, iddiaçıların yalan və iftiralar kampaniyası, bu gün də, güclü olaraq davam edir. Camaatı çaşdırmaq üçün, Yusif Cabbarov, Cavid Hümbətov, Vüqar Səmədli… nə oyunlardan çıxmırlar?! Nifrətə səbəb belə bir iyrəncliyin qarşısının dərhal alınması isə, aidiyyatı dövlət qurumlarının əlindədir, lakin…
Sanki Yusif Cabbarov və onun ətrafı toxunulmazdır, öz istədiklərini edə biliblər indiyədək. Şər-böhtan şəbəkəsinin üzvlərinə, eləcə də, havadarlarına Yusif Cabbarovun aşıladığı fikir isə, həmişə bu olub ki, Ramin İsayevə hər hansı dövlət strukturunda vəzifə tutmasına imkan verilməməlidir, qarşısı dərhal alınmalıdır. Həmin şəbəkə içərisində olan mənbənin bildirdiyinə görə, hətta Yusif Cabbarov onlara tapşırıq verərkən, Ramin İsayevin iqtisadiyyat naziri Mikayıl Cabbarova tərəf getməsinin qarşısının alınması ilə bağlı, ona tövsiyyələr olunduğunu hamının nəzərinə çatdırıb. Bu da, bu aydın məsələni bir daha təsdiq edir ki, Yusif Cabbarov və ətrafı, etdiklərini təkbaşına həyata keçirə bilməzdilər. Deməli, hardasa başda oturan və istəklərinin həyata keçməsində əsas dəstəkçiləri olan sehrli bir qüvvə sahibinə arxalanırlar.
Bu barədə, əlbəttə, çox şey söyləmək mümkündür. Bu yerdə isə, öncə onu demək kifayətdir ki, Ramin İsayevin tərcümeyi-halı ilə çoxları tanışdır. Belə parlaq və işıqlı həyat yolu keçən bir vətəndaşın bu cür ləkələnməsinə yol vermək olmaz. Elə, ona təəssüflənirik ki, belə tərcümeyi-hala malik 10 – 12 nəfər, artıq, Yusif Cabbarovun şər-böhtan kampaniyasının güdazına gedərək, ölkədən didərgin salınıblar. Ramin İsayevi tanıyanlar isə, belə deyirlər ki, o, xırdaçılığa gedən cılız insan olmadığı üçün, bu şər-böhtan şəbəkəsinin onunla bağlı iyrənc planlar düşündüyünü ona deyəndə, buna heç vaxt əhəmiyyət verməyib. Hətta onu da deyib ki, tutduğu vəzifədən bu quldur dəstəsindən canını qurtarmasına görə gedib və buna hədsiz dərəcədə sevinir. Əsl həqiqət ortaya çıxandan sonra isə, hər şey gec olub…
Bu yerdə, xüsusi olaraq, bir daha onu vurğulamaq istəyirik ki, Ramin İsayev kimi birisinin Azərbaycanda qalması, Yusif Cabbarov kimilərin meydanını dar edir, özbaşına hərəkət imkanlarını tamamilə məhdudlaşdırır. Bütün bunların fonunda, son olaraq, bu qənaətə gəlmək olur ki, sabiq Baş direktoru həbsdə saxlamaq, ona maddi və mənəvi əzab-əziyyət vermək bu quldur dəstəsinin maraqlarına xidmət edir. Deməli, bu şəxsin bilik və bacarığını, özündə cəmləşdirdiyi potensialı və digər göstəricilərini həzm edə bilməyən “qara qüvvələr”, son anda, insanlıqdan kənar addımlar atmağa qərar veriblər. Amma onu unutmaq olmaz ki, belə bir atalar sözü də var: “Haqq nazilər, amma, üzülməz!”. Yəqin ki, gec-tez haqq-ədalət də, öz yerini tapacaq. Çünki əldəki lazımi sənəd-sübutlar da, bir daha onu təsdiq edir ki, ümumiyyətlə, Ramin İsayevlə bağlı irəli sürülən ittihamların tamamilə əsassız olduğunu sübuta yetirmək, heç də, çətin məsələ deyil. Elə, ictimaiyyətin də istəyi budur və hər kəs onu deyir ki, azadlıqda yaşamaq, xalqına və dövlətinə şərəflə, vicdanla, ləyaqətlə xidmətini davam etdirmək onun toxunulmaz haqqıdır. Hamı ümid edir ki, Ramin İsayevin heç bir əsas olmadan həbsdə saxlanması, tezliklə, möhtərəm Prezidentin də diqqətini cəlb edəcək, bu işlə şəxsən özü tanış olacaq və öz ədalətli münasibətini bildirəcək. Prezidentin göstərişi ilə, ona qarşı haqsızlığa qol qoyanlar öz layiqli cəzalarını da alacaqlar. Bir sözlə, ədalətsizliyə, haqsızlığa yaxın vaxtlarda “Yox!” deyiləcək. Bəli, biz də, o qənaətdəyik ki, bu şəxsə qarşı qurama oyun quranların niyyətləri yaxın vaxtlarda gözlərində qalıb, puç olacaq və o, öz azadlığına qovuşacaq.
Ramin İsayevi yaxından tanıyanların və adlarını çəkdiyimiz nüfuzlu şirkətlərdə çalışanların dediklərinin qısa xülasəsini, bu yazımızın sonluğu olaraq verməyi məqbul hesab etdik — belədir: “Bu günlərdə, belə bir xəbər aldıq ki, guya, 16 milyonluq mənimsəməsi olan və bu ittihamla həbs edilən “SOCAR AQŞ” MMC-nin sabiq Baş direktoru Ramin İsayevin cinayət işi üzrə davam edən ibtidai istintaqın müddəti üçüncü dəfə uzadılıb. Gülməlidir, guya, irihəcmli iş üzrə ibtidai araşdırmanın yekunlaşması üçün, 8 ay kifayət etməyib. Bu səbəbdən, istintaq orqanının müstəntiqi və ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokuror seçilmiş qətimkan tədbirinin uzadılması üçün, məhkəməyə müraciət edib. Binəqədi Rayon Məhkəməsinin Qərarı ilə də, onun həbsdə saxlama müddəti daha 3 ay uzadılıb. Bu, ayıbdır axı! Sadəcə olaraq, açıq-aşkar desinlər ki, saxta iddialar təsdiqni tapmır deyə, ictimaiyyətin sabiq Baş direktor Ramin İsayevin dövlətçiliyimizə vurulan zərbə kimi qəbul etdiyi həbs müddəti üçüncü dəfə uzadıldı.
Bizə tam aydındır ki, sabiq Baş direktorumuzla bağlı ittihamlar öz təsdiqini tapmır, amma, bu gözəl insana qarşı münasibət də dəyişmir. Belə bir insanın taleyinə, belə bir xoşagəlməz epizod yazmaq insafsızlıqdır. Axı, o, bu vəzifədə çalışan zaman, möhtərəm Prezidentimizin imzaladığı Sərəncam əsasında, “Tərəqqi” medalı ilə də, təltif olunub. Eyni zamanda, YAP-nın üzvü olan Ramin İsayevə qarşı irəli sürülən 16 milyon manatlıq mənimsəmə faktı ilə bağlı əsassız iddialar, bu gün də, geniş xalq kütləsinin ciddi narazılığına səbəb olur. Təəssüf doğuran hal odur ki, dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən hesab olunan Harvard Universitetində təhsilini başa vuran Ramin İsayevə qarşı, “qara qüvvələrin” qisasçılığa hesablanan düzüb-qoşduqları çirkin oyun qaydalarının, son anda bu şəxsin həbs olunması ilə nəticələnməsi, artıq, bizə də məlum olub. Ortadakı əsas fakt da budur ki, bu şəxs barəsində irəli sürülən ittihamlar, hələ də, öz təsdiqini tapmır. Əslində isə, beynəlxalq ictimaiyyətin belə yaxşı tanıdığı belə bir şəxsin həbsdə saxlanması xalqımıza və dövlətimizə başucalığı gətirmir. Hamı da bunu deyir ki, neft-qaz sənayesi sahəsi üzrə peşəkar mütəxəssis hesab olunan Ramin İsayevin tükənməyən böyük potensialından, bacarığından və iş təcrübəsindən lazımi məqsədlər üçün istifadə olunması daha yaxşı olardı, nəinki, heç bir əsas olmadan onun həbsdə saxlanması, ona qarşı insanlıqdan kənar bu cür münasibət göstərilməsinin davam etməsi.
Bizə də aydın deyildi ki, axı, 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin Baş direktoru vəzifəsindən azad edilən Ramin İsayevin, 2023-cü ilin iyul ayında, başqa vəzifə başında həbs olunması necə ola bilərdi?! Həbsindən az keçmiş, həmkarlarım da, İnbox-da yazdılar ki, heç nə həbslə bağlı yazılanlardakı kimi deyil. Bu adam, 1200 nəfərlik müəssisənin rəhbəri olanda da, intellektual səviyyəli insan kimi özünü göstərib, ən azı 1000 nəfərə atalıq edib. Belə bir həmyerlimizin olmasına görə, fəxarət duymuşuq həmişə.
İndi bizim gözləntimiz yalnız yuxarılardandır. Qoy, onlar vicdan daxilində hərəkət edib, cəsarətli olsunlar. Axı, həyat qısadır, bu qısa həyatda, heç olmasa, həyatlarında əhəmiyyətli rol oynayan bir adama dəstəklərini ifadə etsinlər və qəti sözlərini desinlər. Qoy, ədalət zəfər çalsın! Uca Yaradan da, tezliklə haqq-ədaləti üzə çıxarır! Hər şeyi yaxşı görür! Allaha qurban, özü darda qalan hər kəsə kömək olur!
Yaxşılıq etmək hər adama qismət olmur, daha doğrusu, az insana bu nəsib olur. Amma, çox təəssüf ki, yaxşılığı unutmaq çox sadələşib. Bunun canlı şahidi olduq Ramin İsayev həbs olunanda. Olmazın yaxşılıqlar etdiyi nəçələri, onu müdafiə etmək əvəzinə, qaçıb gizləndilər. Bizsə, daim onun müdafiəsindəyik. İstəyimiz də budur ki, Ulu Tanrı azadlığını tezləşdirsin!
Bu dəyərli insanın zindanda keçirdiyi hər gün, bizim üçün, daha ağırdır, vicdan əzabı çəkirik!”.
Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik. Bu istiqamətli araşdırmalarımız davam edəcək və yazının davamı olacaq.
Məhi ELSEVƏR,
Fərhad MƏMMƏDOV,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.
REDAKSİYADAN:
QOY, ƏDALƏT ZƏFƏR ÇALSIN!
Biz də, inanırıq və tam əminik ki, möhtərəm Prezidentin Xocalı soyqırımı ilə bağlı qəti şəkildə dediyi kimi, ölkəmizdə hər şey Ədalətli olacaq, bütün problemlər Ədalət müstəvisində öz həllini tapacaq!
Elə, barəsində müdafiə xarakterli çoxsaylı araşdırma yazıları dərc etdiyimiz “SOCAR AQŞ”-nin hal-hazırda həbsdə olan sabiq Baş direktoru Ramin İsayevin də, işinin, nəhayətdə Ədalət müstəvisinə yönləndiriləcəyinə şübhə etmirik. İnanırıq ki, möhtərəm Prezidentimiz mütləq və mütləq qaranlıq çox məqamları olan bu işə də, Ədalət müstəvisində baxılmasına, tezliklə, öz xüsusi göstərişlərini verəcək. Bu, həm də, dövlət başçısından təkcə onun doğma-yaxınlarının və bizim deyil, bu istəkdə olan çoxlarının xahişidir. Biz buna tam əminik ki, Ramin İsayev tək deyil, onun İlham Əliyev kimi Prezidenti var və arxasında böyük bir Xalq Kütləsi dayanır! Elə, buna görədir və hamı deyir ki, tezliklə, bu qurama işi həyata keçirən sifarişli sifarişçilərin bədniyyət arzuları gözlərində qalacaq! Bunun, həm də ona görə tezliklə şahidi olacağıq ki, indiyəcən Ramin İsayevin özü susurdu. Artıq, o da susmayacaq! Üstəlik, onun pozulmuş hüquqlarını və haqqını tələb edən tərəfkeşləri belə, vicdan çərçivəsinə sığmayan bu işi belə buraxmayacaqlar. Tam əminik ki, Prezident Sərəncamı ilə yeni təyin olunan ölkənin yeni ədliyyə nazirinin bu qanunsuz qurama işə reaksiyası da, güclü olacaq.
Yeri gəlmişkən, onu da qeyd etmək istəyirik ki, deyilənlər barədə araz.az-da səs-küylü çox yazılar dərc olunub. Saytımızın linkini aşağıda verdiyimiz sonuncu məlum məqaləsindən sonra isə, Ramin İsayevin tutduğu vəzifəni ələ keçirmək üçün, min cür fırıldaqlara əl atan Yusif Cabbarovun və onun ətrafına yığdığı quldur dəstəsinin, necə deyərlər, artıq “kürklərinə birə düşüb”!
Sonda, bir daha onu da demək istəyirik ki, qoy, ədalət zəfər çalsın! Onda, kimin kim olduğu hamıya məlum olar!
araz.az xəbər portalı.