Mirkazim Seyidov 04 09 2017

Mirkazım SEYİDOV: “Artıq diasporla ciddi işləməyin tam zamanıdır. Mən demişəm və yenə deyirəm, abbasovların və sadıqovların qatarı çoxdan gedib. İnanıram və tam əminəm ki, diaspor qurumlarımız Füzuli Məmmədovla böyük işlər görəcək”

      FE823628 A06C 434D 8E6F 1D24E647AD6DCəmiyyətdə Frenk Elkaponi, Frenk Naxçıvanski kimi tanınan iş adamı Fizuli Məmmədovun Rusiyadakı ayrı-ayrı diaspor təşkilatlarını ətrafında birləşdirəcək vahid bir qurumun rəhbəri olacağı xəbəri bizim üçün də, maraqlı oldu. Məsələyə aydınlıq gətirmək üçün, soydaşlarımızın  Federasiyanın bir çox regionlarındakı fəal diaspor təşkilatlarını öz ətrafında birləşdirən və mərkəzi ofisi Novosibirsk vilayətinin paytaxtı Novosibirsk şəhərində yerləşən Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Yedinstvo” (“Birlik”) Regionlararası Konqreslər Assosiasiyasının prezidenti, 

Rusiya və Azərbaycan Yazıçılar 

və Jurnalistlər birliklərinin üzvü, şair-publisist Mirkazım Seyidovla əlaqə saxlamağı vacib bildik. Fəal diasporçu araz.azsaytının əməkdaşlarına

açıqlamasında bildirdi ki, əslində, diasporumuz Azərbaycan dövlətinin xarici siyasətinin tərkib hissəsi olduğundan, bu sahəyə daim xüsusi diqqət olmalıdır: “Bu səbəbdən, əsası ulu öndər tərəfindən qoyulan Diasporlarla İş üzrə Dövlət Komitəsi, bütövlükdə, Azərbaycan diasporunun dünya səviyyəsində formalaşmasına nail ola bildi. Bu sahədə əvvəlcə güclü gedən iş, sonradan, diaspor təşkilatları arasında gedən çəkişmələr nəticəsində, getdikcə zəiflədi. Qurum rəhbərlərinin yarıtmaz fəaliyyətləri görülən möhtəşəm işləri heçə endirdi. Eyni zamanda, ölkədaxili ictimai-siyasi proseslər, məmur özbaşınalığı da, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın normal fəaliyyətlərinə müəyyən mənada mənfi təsir göstərdi. 

     Siz də yaxşı bilirsiniz ki, elə, 2012-ci ildə Moskvada bir qrup azərbaycanlı oliqarxın birləşdiyi Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (“Milyarderlər ittifaqı”) diasporumuzun işinə nə qədər zərbə vurdu. Bu barədə, mətbuata açıqlamalarımda da, dəfələrlə demişəm ki, bu gün həmin adamların adı yenə diasporumuzun adına xələl gətirən mövzularda hallanır. Onlar rəsmi Bakıya qarşı da, zaman-zaman sərt mövqeləri ilə seçiliblər. Birmənalı olaraq, dövlətimizə qarşı istifadə olunublar. Məhz belə adamların diasporda söz sahibinə çevrilməsinin nəticəsiydi ki, Rusiyadakı Azərbaycan diaspor təşkilatlarında tayfa, qəbilə prinsipləri dominantlıq edib. Bir sözlə, diaspor sahəsində müxtəlif qruplar yaranıb. Onlardan bəziləri görüntü yaradıb, özlərini lider kimi göstəriblər. Sonradan bəlli olub ki, bu fəallığın kökündə, onların diaspordan qalxan kimi istifadə edib, öz bizneslərini qorumaq maraqları dayanıb. Digər qruplar isə, siyasi dairələrin əlində istifadə üçün yararlı vəziyyətə gətirilib. Onlar Rusiyadakı bütün diaspor qurumları ilə yaxından əməkdaşlıq edib, hamıyla yaxın münasibət yaradıblar. Arxa planda isə, xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq dayanıb. Əsas məqsədləri isə, nəyin bahasına olursa-olsun, diasporumuzu parçalamaqdan ibarət olub. Zaman-zaman öz həmyerlilərimiz arasında intriqa toxumu səpməklə məşğul olublar. Əməlləri isə, göz qabağındadır. 

       Bu cür adamların adlarının Azərbaycan diasporu ilə bağlı olması təəssüf doğurur. Məhz belələrinin bu sahədə də üstün mövqeyə sahib olmaları, faktiki olaraq, soydaşlarımızın daha çox yaşadıqları Rusiya kimi böyük bir ölkədə də diasporumuzu başsız qoyub. Belə reputasiyada olan şəxslərin diasporumuzda üstün mövqelərə sahib çıxması, tarixin həssas məqamlarında dövlət, dövlətçilik anlamlarının müqəddəsliyini daha dərindən dərk edənləri, bunu, şərəf məsələsi olaraq, bütün dəyərlərdən üstün tutanları daim narahat edib. 

      Azərbaycan diasporunun belə bir aqibətlə üzləşəcəyi gözlənilən idi.  Yadınızdadırsa, hələ “Milyarderlər ittifaqı” yaradılanda da, məhz sizin qəzet vasitəsilə bu sözləri demişəm. Elə, orada, onların rəhbərlərinin  hansı işlərlə məşğul olduğuna dair geniş açıqlama vermişəm. Üstündən neçə il keçməsinə baxmayaraq, bu gün həmin adamların adı yenə diasporumuzun adına xələl gətirən mövzularda hallanır. Etiraf edək ki, onlar bu cür üstün mövqeyə məhz Rusiyanın müəyyən dairələrinin dəstəyilə gəlib çıxa biliblər. Hesab edirəm ki, bu cür elementlərin adını tamamilə diaspor hərəkatından silməliyik. Çünki belələri, həm Rusiyada, həm Azərbaycanda  yaşayan azsaylı xalqların adları ilə də ciddi manipulyasiyalar ediblər. Onların diqtəsi ilə, elə, onların adlarıyla yaradılan diaspor təşkilatları Azərbaycan əleyhinə aktiv fəaliyyət göstərib. Onların belə iyrənc planları Vətəni daha dəhşətli təhlükələrlə üz-üzə qoymağa hesablanıb. 

       Yaxşı bilirik ki, Azərbaycanın böyük ölkələrdəki düşmənlərinin daha güclü arxa-dayağı olan diaspor qurumları var. Və onların vasitəsilə, düşmən qüvvələr tərəfindən ölkəmizdə baş verən hər cür qanqaraldıcı hadisələrə həmişə başqa yöndən “don geydirilir”. Bununla bağlı, Avropanın insan haqları ilə bağlı xüsusi statuslu beynəlxalq qurumlarına, öz kəskinliyi ilə diqqəti cəlb edən müraciətlərimiz də ünvanlanıb. Nə olsun, xeyri olmayıb! Bu səbəbdən, harada yaşamasından asılı olmayaraq, xaricdəki hər bir soydaşımız Azərbaycan naminə ayıq-sayıq olmalı, yaşadıqları ölkə ictimaiyyətlərinin bütün təbəqələri, siyasi qurumları arasında səmimi münasibətlər yaratmaqla, dəhşət dolu belə hadisələrin iç üzünü açıb, onlara göstərməyə hər an hazır olmalıdırlar. Bu vacib işin təşkilatçıları da, təbii ki, diaspor qurumları olmalıdır. Yoxsa, Vətən sevgisini hər şeydən yüksəkdə tutanların, ölkəmizdə baş verən hadisələrə heç vaxt seyrçi qalmayan fəalların bu yöndən olan vacib kampaniyaları təkbaşına etmələrinin heç bir faydası olmur.  Halbuki, üzləşdiyi çətin durumlarda, Azərbaycan da, güclü olacaq diasporu vasitəsilə böyük işlər görə bilər, əsl həqiqətlərin dünyaya çatdırılmasını səmərəli şəkildə təşkil edərdi. 

      Öz müstəqilliyini olmazın çətinliklər hesabına yenidən bərpa edən respublikamızın güclü diaspor təşkilatlarına çoxdan ehtiyacı var. 

Məhz bu səbəbdən də, Rusiyadakı diaspor qurumlarımıza rəhbərlik, təşkilatçılığı yüksək səviyyədə bilən Füzuli Məmmədov kimi tanınmış bir şəxsə həvalə olunub”.

       Mirkazım Seyidov Füzuli Məmmədovu yaxından tanımadığını, ancaq 1963-cü ilin fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda doğulan, 20 yaşında Rusiyaya köçüb, burada biznes fəaliyyətinə başlayan, çox keçməmiş sahibkar kimi böyük uğurlara imza atan, bu ölkədə hüquqşünas və iqtisadçı təhsilinə yiyələnən, hazırda siyasi elmlər namizədi olan bu şəxsin, Azərbaycan naminə gördüyü böyük işlər barədə geniş məlumata malik olduğunu deyib. Söhbətin bu məqamında xüsusi olaraq onu da vurğulayıb ki, 1989-cu ildə, o, “İnterserver” şirkətinin prezidenti vəzifəsinə keçib. Dostlarının dediyinə görə, məhz onun rəhbər bacarığı, bu biznes qurumunun böyük uğurlar qazanmasına geniş imkanlar yaradıb. Təsadüfi deyil ki, onun uğurlu idarəçilik fəaliyyəti tezliklə bu şirkəti öz sahəsində öncüllərdən birinə çevirib. 

       araz.az-ın əməkdaşlarının “Bəs, Füzuli Məmmədov Azərbaycan diasporu üçün kimdir?” sualına cavabında isə, xüsusi olaraq vurğulayıb ki, bu suala dolğun cavab üçün, hər kəsin onun keçdiyi həyat yoluna, ictimai, siyasi, biznes və xeyriyyə fəaliyyətinə baxması kifayətdir: “Bir vaxtlar biznesdən aktiv siyasətə keçid  edən Füzuli Məmmədov, doğrudan da, hər iki sahədə böyük işlər görüb. O, hələ 1988-ci ildə Rusiyada azərbaycanlıların  ilk ictimai təşkilatı olan “Azərbaycan Birliyi”ni («Единство Азербайджана») yaradıb. Bu təşkilat Azərbaycanın Rusiyadakı diasporunun əsasını təşkil edib. Bununla da, azərbaycanlıların xaricdə olan ilk böyük diaspor təşkilatı fəaliyyət göstərib. 2005-ci ildə isə, o, Beynəlxalq İctimai Birliklər İttifaqı, Dünya Azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycan Mədəniyyət Fondu adlı digər qurumları yaradıb. Eləcə də, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti seçilib. Hətta, aktiv siyasətlə də məşğul olub. “İnterserver” şirkətlər qrupunun prezidenti kimi tanınan milyonçu bir ara Azərbaycanda yaşayıb. Doğma Vətəndə də siyasi fəaliyyətlə məşğul olmağa cəhd göstərib. “XXI əsr Azərbaycan” adlı partiya yaradıb və partiyanın eyniadlı qəzetini buraxıb. 

      Füzuli Məmmədov 90-cı illərin sonunda siyasətdən tam çəkilib və Rusiyadakı biznesini inkişaf etdirib. Buna baxmayaraq, doğma Azərbaycan naminə xeyirxah işlərini daha da gücləndirib. İtaliya və Rusiya vətəndaşı olan Füzuli Məmmədov, o vaxtlar yaratdığı və bir sıra dövlətlərdə fəaliyyət göstərən “Frenk Fondu”un hərtərəfli dəstəyi ilə, xarici ölkələrdə Azərbaycan diasporunun yeni ictimai təşkilatlarının yaradılmasında şəxsən iştirak edib.  

      Avropa ölkələrində və postsovet respublikalarında azərbaycan diasporunun sıx birləşməsi üçün, indi də onun bu məşhurluğuna ehtiyac yaranıb.  

Xarici ölkələrdə, eləcə də doğma Vətəndə həyata keçirdiyi xeyriyyə işləri ilə yaxşı tanınan Füzuli Məmmədovun zəngin iş təcrübəsi, indinin özündə də, Azərbaycan diasporunun təşkilati strukturunun yaxşılaşdırılmasına köməklik edir.

      Konkret desək, belə bir böyük diasporu səmərəli şəkildə idarə etmək üçün, xarici ölkələrdə diasporlarımızın təşkilati strukturunun yaxşılaşdırılması son dərəcə vacib məsələdir. Bu vacib işin səmərəli sonluğu üçün də, belə məşhurlar diaspor rəhbərliyinə cəlb edilməlidir. Bunu etmədən, soydaşlarımızın beynəlxalq səviyyəli vahid diaspor təşkilatı ətrafında birləşməsinə nail olmaq mümkün də deyil. Bir daha deyirəm, diaspor sahəsində sanballı iş təcrübəsinə malik olan soydaşlarımızın Avropa Azərbaycanlıları Konqresinin işinə cəlb edilməsinə ehtiyac yaranıb. Onu deməyi vacib bilirəm və tam əminəm ki, Füzuli Məmmədovun Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti seçilməsi ilə, bu sahədə artıq faydalı bir addım atılıb. Otən illər ərzində fəaliyyətində müəyyən durğunluq müşahidə olunan Avropa Azərbaycanlıları Konqresinin işindəki bu günki irəliləyişlər dediklərimin ilkin sübutudur. Füzuli Məmmədovun bu qurumun işində iştirakı, Rusiya və Ukraynadan başqa, MDB və Avropanın digər ölkələrində fəaliyyət göstərən diasporlarımızın işlərində bir canlanma yaradıb. Onun vitse-prezident seçilməsindən az sonra, xaricdə fəaliyyət göstərən Azərbaycan diasporunun ictimai təşkilatları Avropa Azərbaycanlıları Konqresinin tərkibində və ya onun ətrafında birləşmək istəklərini açıqlayıblar. Mənim rəhbəri olduğum qurumda da, bu istək çərçivəsində müzakirələr gedir. Bir sözlə, Avropa Azərbaycanlıları Konqresinin indiki fəallığı Füzuli Məmmədovun bu təşkilata gəlişi ilə əlaqədardır. Təbii ki, bu sahədə onun illərlə qazandığı təcrübəsi, bu gün bu qurumun işinə öz töhfəsini verir. 

      İndi ümid edirik ki, tezliklə Avropa Azərbaycanlıları Konqresi digər qitələrin ölkələrində, ilk növbədə, ABŞ-da məskunlaşan soydaşlarımızın birliyi ilə də məşğul olacaq və nüfuzlu bir beynəlxalq ictimai təşkilata çevriləcək. Füzuli Məmmədovun özünün də dəfələrlə qeyd etdiyi kimi, birlik və mütəşəkkillik olmadan, dünyanın heç bir diasporu formalaşdığı ölkələrdə öz təsir dairəsini möhkəmləndirə bilməz. Hansısa bir diaspor təşkilatının mövcud olduğu ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, məhz, onun təşkilati strukturunun səmərəli fəaliyyətindən daha çox asılıdır”.

     Bütün sadaladıqlarının Azərbaycan diasporunun ciddi problemləri olduğunu deyən həmsöhbətimiz, onun bu kökə düşməsinin əsl günahkarları sırasında, ölkəmizdə bu vacib sahənin işinə bilavasitə cavabdeh olan Diasporla İş üzrə Dövlət Komitəsinə indiyədək rəhbərlik edənlərin adlarını çəkdi. Elə, son prezident seçkilərindən dərhal sonra, ölkə başçısının başlatdığı kadr islahatlarının ilk hədəflərindən birinin bu komitənin sabiq sədrinin — bu məsuliyyətli vəzifə kreslosunda oturduğu müddət ərzində, yarıtmaz işi və bəd əməlləri ilə ölkə mətbuatının daim “bəzəyinə” çevrilən, bu vəzifədə öz bildiyi kimi hərəkət edərək, idarəçiliyi belə öz şəxsi maraqlarına təslim edən Nazim İbrahimovun olmasını da, dediklərinin daha bir təsdiqi olduğunu dedi. 

       “Bəs, bu dövlət qurumunun bu gün gördüyü işlər, bir diasporçu kimi, Sizi qane edirmi? — sualımıza cavbında isə, bildirdi ki, dövlət başçısı bir sıra iri məmurları vəzifələrindən uzaqlaşdıraraq, yerlərinə daha gənc və müasir dünya ilə ayaqlaşa bilən kadrları gətirdi: “Ən başlıcası odur ki, iqtidar komandasında aparılması vacib ciddi kadr islahatları, mənim kimi, əhalinin narazı təbəqələri tərəfindən də alqışlarla qarşılandı. 

Ölkənin siyasi rəhbərliyinin bu qurumun keçmiş rəhbərliyinin işindən ciddi şəkildə narazı qalması barədə, prezident Sərəncamı ilə komitəyə yeni sədr təyin olunan Fuad Muradovu kollektivə təqdim edərkən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev danışdı. Həmin tədbirdə ölkə başçısının ciddi tapşırıqlarını Ramiz Mehdiyevin yeni sədrə çatdırması da, diaspor sektorunda tezliklə ciddi dəyişikliklər, müsbət irəliləyişlər olacağını deməyə əsas verirdi. Görünür ki, indi yeni rəhbərliyin üzərində kifayət qədər ciddi öhdəliklər var. Bu baxımdan, yeni rəhbər bu sahədə köklü işlər reallaşdırır, diaspor işini dinamik, çevik qurmağa çalışır. Dövlət rəhbərliyinin yeni sədrdən gözləntisi, doğrudan da, çoxdur. Çünki bu işdə xösagəlməz işlər uzun zamandır özünün pik həddində olub… 

      …Yalnız onu deyirəm, komitənin hazırki fəaliyyətindən hiss olunur ki, onun işinə yeni nəfəs verilib, əməkdaşları da yeni bir ruhla çalışırlar. Bütün bunlar ölkənin diaspor sektorunun işində tezliklə ciddi dəyişikliklər, müsbət irəliləyişlər olacağına ümidləri də böyüdür. Ölkənin siyasi rəhbərliyinin komitənin keçmiş rəhbərliyindən narazı qalmasını, dövlət başçısının olduqca ciddi və vacib tapşırıqlarını Ramiz Mehdiyevin yeni rəhbərliyə çatdırması deyilənlərin əsasıdır. Onu da qeyd etməyi vacib bilirəm ki, ölkəmizin diaspor orqanları əməkdaşlarını daha böyük uğurlara ruhlandırmaq üçün, mütləq, prezident İlham Əliyevin yaxşı iş üçün söylədiyi dəyərli fikirlər, verdiyi tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul edilməlidir. Komitə əməkdaşları dövlət başçısının ətrafında sıx birləşməklə, ölkənin müasir inkişafına uyğun töhfələrini vermək üçün, öz vəzifələrini hər zaman layiqincə yerinə yetirmək, böyük səy və məsuliyyətlə çalışmaq əzmində ola bilərlər. Bu səbəbdən, yeni rəhbərin tezliklə bu sahədə köklü dəyişikliklərin reallaşmasına nail olacağına, ölkənin diaspor sektorunun işini dinamik və çevik quracağına şübhəmiz qalmır. Bunu, mövcud durum da çoxdan tələb edir. Rusiyada da diasporla ciddi işləməyin tam zamanıdır. Orada üçüncü nəsil azərbaycanlılar yetişir. Biz, əsasən, onlarla işləməyə üstünlük verməliyik. Artıq abbasovların, sadıqovların… qatarı çoxdan gedib”. 

       Mirkazım Seyidov açıqlamasının sonunda onu da bildirib ki, ölkəmizə qarşı düşmən mövqedə olanlar, məşhur azərbaycanlı milyonçunun da uğurlarına daim mane olmağa çalışıblar. Həmsöhbətimiz, bir ara onun adının “Milyarderlər İttifaqı” ilə əməkdaşlıqda, kriminal olaylarda hallandırıldığını, hətta narkotika ittihamı ilə saxlanıldığını da deyib: “Füzuli Məmmədov bütün ittihamları rədd etməyi bacarıb. Rusiyadakı obyektləri Moskva Vergi Departamenti tərəfindən davamlı yoxlamalara məruz qalıb. Sonda, bunun da əsassız olduğu öz təsdiqini tapıb. Əlləri hər yerdən üzülən qaraguruhçu qüvvələr, axırda İki uşaq atası olan sahibkarın dəbdəbəli həyat sürdüyünə dair sosial şəbəkələrdə ittihamedici müxtəlif videolar yayıblar. Bunun da, düşmənin iyrənc planlarının həyata keçməsinə xeyri dəyməyib. 

     Bunların başlıca səbəbi o olub ki, Füzuli Məmmədov tez-tez xarici mətbuatda Ermənistanın işğalçılıq siyasəti ilə bağlı yazdığı sanballı məqalələrini dərc etdirib. Erməni ordusunun amansız və qəddar olması, əsgərlərinin açdıqları atəşlər nəticəsində daha çox günahsız insanların, körpə və uşaqların qətlə yetirilməsi məsələsini gündəmə gətirib. Bütün bunlardan əlavə,

Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun və “Frenk Fondu”nun rəhbəri kimi tanınan xeyriyyəçi-messenatın vaxtaşırı doğma ölkəsində olub, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda döyüşlərdə şəhid və qazi olan vətən övladlarının ailələrinə hərtərəfli köməklik göstərməsi, evlər hədiyyə etməsi düşməni daha da qıcıqlandırıb. Çünki bir çox ölkələrdə milyonçu kimi ad çıxaran tanınmış bir şəxsin belə hərəkətləri, şəhid ailələri və qazilərlə vaxtaşırı maraqlanması cəmiyyətə və tarixə bir mesajdır. 

       Bu günlərdə eşitdim ki, Dünya Azərbaycanlıları Mədəniyyət Fondu 2018-ci ildə Mərkəzi Afrika Respublikasında qətlə yetirilən ünlü araşdırmaçı, rejissor Orxan Camalın oğlu, 14 yaşlı Mansur Camalı himayəsinə götürüb. Mansur 25 yaşına çatana qədər, onun, təhsil də daxil, bütün xərclərini bu fond ödəyəcək. Bu, Füzuli Məmmədovun daha bir xeyriyyəçilik əməlidir. 

       Dünyanın maddi sıxıntı içində olduğu belə bir dönəmdə, bu kimi böyük işlər görmək hər kişinin işi deyil. Etdiyi belə xeyriyyəçilik fəaliyyəti ilə, o, həm də sübut edir ki, insanlıq ölməyib, əsl vətəndaşın məsuliyyəti nədir və vətənpərvərlik əməldə necə olur. 

       Vətəndaş məsuliyyəti vətənpərvərlik əməllərində daha çox nəzərə çarpan belə bir tanınmış şəxsin, ölkəmizin beynəlxalq aləmdə tanınmasında və güclənməsində rol oynayan Avropa Azərbaycanlıları Konqresi kimi nüfuzlu bir diaspor təşkilatının rəhbəri vəzifəsinə gətirilməsinin faydalı olacağına tam əminəm. Bu səbəbdən, xaricdə məskunlaşan soydaşlarımız da, bütün dünyada Azərbaycan diasporunun birləşməsi məsələsində məhz Avropa Azərbaycanlıları Konqresinə böyük ümidlər bəsləyirlər”.

Məhi ELSEVƏR,

Səməndər QURBANOV,

araz.azsaytının xüsusi müxbirləri.

REDAKSİYADAN: Həmsöhbətimiz hansısa rusdilli mətbuat vasitəsində Füzuli Məmmədov barəsində oxuduğu bu məqaləni dərc etməyimizi məsləhət gördü. Bildirdi ki, bu yazıda qeyd olunanlar, cəmiyyətin müxtəlif təbəqəsinin bu mövzu ətrafında suallarına aydın cavab olardı:

     “Фузули Мамедов родился 9 февраля 1963 г. в Ордубадском районе Нахичеванской АР Азербайджанской ССР. Воспитывался в многодетной семье, его мать, награжденная орденом “Мать – героиня” имела 11 детей, отец работал шахтером.

      После окончания школы служил в армии, воинская специальность – снайпер-инструктор сказалась на его характере, выработав терпение, упорство и настойчивость в достижении цели.

       В 1983 году Ф. Мамедов переехал в Москву, где до 1989 года работал на различных должностях в Министерстве финансов СССР. В 1989 году основал и возглавил компанию “Интер-Север”, Президентом которой является до сих пор. В 1996 году закончил юридический факультет Московского педагогического университета, в 2004 году Московский Государственный Открытый Университет, по специальности экономика. В настоящее время компания “Интер-Север” является крупным инвестиционным холдингом, за большой вклад в развитие предпринимательства в России и громадную благотворительную работу компания награждена Орденом “Слава России” и Орденом Петра Великого I степени. В 1996 году Ф. Мамедов учредил Некоммерческую благотворительную организацию “Фонд Фрэнка”, широко известный своими масштабными благотворительными акциями не только в Москве и многих регионах России, но и за рубежом. Фонд является соучредителем Общероссийской организации “Гражданское общество – детям России”, членом Союза благотворительных организаций России. В 1998 году его усилиями создана партия Народно-патриотический союз “Азербайджан-ХХ1 век”, которая насчитывает сотни тысяч сторонников. Являясь ее лидером, много сделал для восстановления и укрепления Российско-Азербайджанских экономических и культурных связей. В июне 2002 года “За особые заслуги в благотворительной деятельности” Рязанское отделение Российского благотворительного фонда ветеранов войны, труда и Вооруженных сил наградило Ф. Мамедова медалью “За доброту и щедрость”. Награжден медалью “В память 850-летия МОСКВЫ”. В 2003 году за большой вклад в развитие предпринимательства и огромную благотворительную деятельность компания “Интер-Север” награждена Орденом “Слава России”. В 2004 году Ф. Мамедову было присвоено звание профессора Российской академии безопасности, обороны и правопорядка (РАБОП). Является Президентом Азербайджанского филиала Академии проблем безопасности обороны и правопорядка. Ф. Мамедов является кавалером Ордена Петра Великого первой (дважды), второй и третей степени и Ордена Святого князя Александра Невского первой, второй и третей степени, которые были ему вручены за выдающиеся заслуги и большой вклад в укрепение национальной безопасности государства Российского (2004 г.). Он также награжден Орденом Ломоносова за выдающиеся заслуги и большой личный вклад в оказание поддержки отечественной науки и образования. Ему вручена золотая медаль и Премия имени Юрия Владимировича Андропова в области обеспечения безопасности России (2004 г.) и Орденом имени Ю.В. Андропова. Удостоен ордена “Меценат России” (2005 г.). За большой вклад в организацию празднования 60-ой годовщины Победы в Великой Отечественной войне 5 мая 2005 г. ему была вручена медаль ордена “Великая Победа” медаль “120 лет со дня рождения И.В. Сталина”. Награжден медалями “15 лет вывода Советских войск из ДРА”, медалью “Ветеран боевых действий”. За выдающиеся заслуги и большой личный вклад в укрепление государства российского и в связи с 60-летием Великой Победы награжден Орденом “Великая Победа” (2006 г.). Удостоен Ордена “За службу России” и медали “За ратную доблесть”. Возглавляет Международный союз общественных объединений “Союз азербайджанцев мира”, является Председателем Координационного совета “Всемирного азербайджанского культурного фонда”. Имеет степень доктора философии и доктора политических наук, ему присвоено звание генерал – лейтенанта АБОП. Имеет двоих детей, постоянно повышает свой профессиональный и образовательный уровень”.

araz.az xəbər portalı.