Başçının sakinlərlə münaqişəsi Prezident Administrasiyası səviyyəsinə qədər çatıb — 130 ailənin maraqlarını təmsil edən 10 nəfər Asif Əsgərovdan şikayətlə burada olub
Pilot layihə gündəmə gələndən, özüylə bərabər bir aləm problem gətirib. Bu barədə araz.az saytı və “Írəvanın səsi” qəzeti də dəfələrlə yazıb. Olduqca kəskin tənqidi xarakterli araşdırma yazılarımızda və reportajlarımızda dönə¬dönə qeyd etmişik ki, pilot layihə artıq cəmiyyətin çözülməz bəlasına çevrilib. Bu bəlanın yataq xəstəsinə çevirdiyi Bakı sakinləri də az deyil.
Bu dəhşətdən bəhs edən və böyük rezonans doğuran belə yazılarımızın bir neçəsi, Bakının Nəsimi rayonunun ərazilərində pilot layihə adıyla həyata keçirilən özbaşınalıqlardan və iyrəncliklərdən bəhs edib. Yazılarımızda onu da qeyd etmişik ki, “pilot layihə pərdəsində” mülk sahiblərinin həyatlarına müdaxilə etməyi bacaranların dəstəkçiləri icra başçısı Asif Əsgərov, Fovqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun məsul işçiləri, eləcə də onların qılığına girməyi bacaran ayrı¬ayrı tikinti şirkətlərinin təsisçi və payçılarıdır. Olduqca narazı və narahat mülkiyyətçilər də, onları bu yazılarımızda ciddi ittiham ediblər. Lakin onların bu ittihamlarının müsbət bir nəticəsi olmayıb. Hətta məhkəmələr də, vətəndaşların haqlı şikayətlərinə məhəl qoymayıblar: Daha doğrusu, onlar da, başçı Asif Əsgərov qarşısında acizlik nümayiş etdiriblər. Rayon hakimiyyətinin zorakılığından əziyyət çəkən və Abbas Səhət küçəsi, 43, 47, 49, 51, 53, 55, 57, Nəsib bəy Yusifbəyli küçəsi, 48, 50, 52, 54, 56, 58, 60 və Xan Şuşinski küçəsi, 66, 68, 70, 72, 74 ünvanlarında yaşayan həmin sakinlər sonda ölkə başçısı İlham Əliyev cənablarına kəskin şikayət xarakterli Açıq Məktub ünvanlayıblar (Azərbaycan və rus dillərində yazılan həmin Açıq Məktubu nöqtə¬vergülünə toxunmadan yazının sonunda dəyərli oxucularımızın da diqqətinə çatdıracağıq — red.).
Onu da qeyd edək ki, adını çəkdiyimiz küçələrin kəsişməsindəki bu məhəllədə yaşayan və 130 ailənin maraqlarını təmsil edən 10-a yaxın sakin, hətta bu günlərdə Nəsimi rayon icra hakimiyyəti başçısından şikayətlə Prezident Adminstrasiyasında da olublar. Burada vətəndaşlar Nəsimi rayon rəhbərliyi və Prezident Administrasiyasında bu rayonun kuratoru olan Tağı Əliyevlə görüşmək istəmədiklərini bildiriblər. Qeyd ediblər ki, bir il ərzində bu məmurlarla 20 dəfəyə yaxın görüş keçiriblər və onlara başlarına gətirilən qanunsuzluqlar barədə ətraflı məlumat veriblər. Əvvəlki bütün görüşlər nəticəsiz qalıb və onlar tərəfindən özlərini aldadılmış hesab edirlər. Bu səbəbdən, daha səlahiyyətli rəsmi şəxslə görüş tələb etdiklərini bildiriblər.
Sonda, üç nəfər təmsilçi Administrasiyanın başqa bir əməkdaşı tərəfindən qəbul edilib.
Şikayətçilər rəsmi şəxsə onları gözləyən dəhşət haqqında ətraflı məlumat veriblər. Onu da qeyd ediblər ki, özbaşınalığa dözməyən rayon sakinlərinin çoxu yataq xəstəxanasına çevriliblər. Əsəbdən xəstəxanaya düşənlər də olub.
Məhəllədə bir qadın isə, əsəb gərginliyindən dünyasını dəyişib, İndi məhəllə yanında narazı vətəndaşların evlərini sökməyə hazır olan inşaat texnikasının dayanması, gərginliyi daha da artırıb, mülk sahibləri sanki minalanmış ərazidə yaşayır.
Şikayətçilər qanunsuzluğa və özbaşınalığa son qoyulmasını tələb ediblər. Administrasiya rəsmisinin diqqətinə onu da çatdırıblar ki, Nəsimi rayon rəhbərliyi, onları təngə gətirən qanunsuz əməllərini Nazirlər Kabinetinin 86 saylı qərarı ilə «sığortalayır». «Pilot layihə pərdəsində» onların başlarına oyun açır. Hətta bu məhəllənin sökülməsi üçün «qanunsuz haqq» əldə edən «Gloria Palace» Mənzil¬Tİkinti Kooperativi ilə cinayət sövdələşməsinə girməkdən də çəkinmir. Bu səbəbdən, onlar bu tikinti şirkətinə etibar etmirlər ¬ onun Nizamnamə sənədlərində, sökülən evlərin sahiblərinin mənzil əldə edəcəyi çoxmərtəbəli yaşayış evinin tikintisi üçün, kifayət qədər vəsait görməyiblər. Şirkət rəhbərliyi təhvil veriləndən 10 faiz artıq sahəsi olan mənzil ayırmağı vəd edir, amma sakinlər, birincisi, bu şirkətin şərtləri ilə razı deyillər, ikincisi isə, şirkətin onları aldadacağından, dağılmış evlərin sahiblərinin isə ,evsiz qalacağından qorxurlar. Vətəndaşlar, onu da Administrasiya rəsmisinin diqqətinə çatdırıblar ki, onların mülkləri yaxınlığında vətəndaşlara köçdükləri evlərdən 40 faiz böyük yeni yaşayış sahəsi vəd edən digər tikinti şirkətləri inşaat işlərinə başlayıblar.
Şikayətçilər onu da bildiriblər ki, prezident seçkiləri ərəfəsində Nəsimi rayon rəhbərliyi, sanki qəsdən xalqı prezidentə qarşı kökləyir — onlar bunu yolverilməz hal kimi qəbul edirlər, çünki bu məhəllədə yaşayan əksər vətəndaş hakim Yeni Azərbaycan Partiyasının üzvüdür. Onların ölkə Konstitusiyasında yer alan hüquqlarının müdaifə olunmaması, bir şirkəti tərəfindən aldadılması, onların küçələrdə evsiz qalma təhlükəsi ilə üz¬üzə qalması əsl biabırçılıqdır: Bu neqativ halla mübarizə üçün, ən qətiyyətli addımlar atmağa belə hazırgırlar. Bu səbəbdən, Nəsimi rayon İcra Hakimiyyəti ilə, «Gloria Palace» MTK arasında bizim etibarımızı doğrultmayan müqavilə münasibətlərinə son qoymağı tələb ediblər.
Məslənin ciddiliyini nəzərə alan Administrasiya əməkdaşı, sonda bildirib ki, fevral ayının 12-nə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının regional idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevlə, onların görüşü təyin edilib.
Sonda, ünvanlarını yuxarıda göstərdiyimiz şəxsi mülklərin sahibləri adından, ölkə başçısına iki dildə yazılaraq, ünvanlanmış Açıq Məktubu dərc etməyi də lazım bildik.
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ MÖHTƏRƏM İLHAM ƏLİYEV CƏNABLARINA
AÇIQ MƏKTUB
Möhtərəm prezident!
Bu məktub, yuxarıda qeyd edilən ünvanda yaşayan sakinlərin Sizə ünvanladıqları haray səsləridir. Bizim dəfələrlə Sizə və 1-ci Vitse Prezidentə, Administrasiyaya kollektiv şikayət ərizələri yazmağımıza baxmayaraq, indiyədək haqq səsimizə cəvab verən yoxdur.
Ümidimiz yalnız Sizədir cənab Prezident!
Biz inanırıq ki, yazdıqımız məktublar gizlədir,Sizə məruzə edilmir və buna görə də bu açıq məktubu Sizə ünvanlamaq qərarına gəlmişik. Nazirlər Kabinetin 25.02.2016-cı il tarixli 86 nömrəli Qərarında sui-istifadə halı tapan Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov və “Gloria Palace” MTK-nın rəhbərliyi ilə əlbir olaraq bizi öz yaşadığımız fərdi yaşayış evlərimizdən məcburi qaydada çıxarmağa çalışırlar. İH başçısının 21 oktyabr 2016-cı il tarixli “Yaşayış və qeyri-yaşayış binaların layihələndirilməsi haqqında” 196 saylı sərəncəmı ilə yaşadığımız ərazidə söküntü işləri aparılması “Gloria Palace” MTK-ya həvalə edilmişdir. Belə ki, mülkiyyətçilər barəda Nəsimi rayon məhkəməsində Asif Əsgərovun havadarlığı ilə qanunsuz olaraq, hətta Sizində göstərişlərinizə məhəl qoymadan faktiki sahəyə yox çıxarışda oıan sahəyə 15% əlavə verilməklə məcburi çıxarma ilə bağlı iddia qaldırılmışdır. Öz vəzifə səlahiyyətlərindən sui-istifadə edən başçı Asif Əsgərov məhkəmələrə təziq gözətməkdən belə çəkinmir. Nazirlər Kabinetin 86 nömrəli, 25.02.2016-cı il tarixli Qərarında, Nəsimi rayonu üzrə “pilot layihə” 226 yaşayış binası salınmışdır ki, bizim də evlər həmin siyahında yoxdur. Lakin, mülkiyyətçisi olduğumuz evlərin siyahıda olmamasına baxmayaraq İcra Hakimiyyəti “yalançı pilot layihə” adıyla sakinlərdən əl çəkmir. Sakinlərə qarşı müxtəlif təzyiq üsularından istifadə edir. Artıq bu təziyiqlər öz acı nəticələrini göstərmişdir, belə ki ərazidə yaşayan bir neçə sakin təzyiqlərə tab gətirməyərək şəkər, ürək xəstəliklərinə tutulmuşlar. Mülkiyyətçilərin biri Osmanova Xalsa Xan qızı isə İH-nin vəzifəli şəxsləri ilə görüşdən sonra əsəbdən insult keçirərək bir müddət sonra vəfat etmişdir. Prezident Administrasiyadan Asif Əskərova sakinlərə görüşməyin vacibliyi bildirilsədə bu fövqəlqüdrətli yerli İH-nin başçı özünə rəva bilib sakinlərlə görüşmür, Prezident Administrasiyasından gələn tapşiraqlarla saymazyana yanaşaraq əməl etmir. Cənab Prezident! Siz hər zaman xalqın yanında olmusunuz, yürütdüyünüz düzgün siyasət nəticəsində dünya səviyəsində hər bir Azərbaycanlının fəxrlə “Azərbaycanlıyam!” deməsinə nail olmusunuz. Çiçəklənən doğma Azərbaycan! Tarix yazan İlham Əliyev. Siz dəfələrlə öz çıxışlarınızda vurğulamısınız ki, yerli icra başçılarını vəzifəyə təyin edərkən onlara xalqa xidmət etmələri barədə göstəriş verisiniz, lakin görünən budur ki Asif Əsgərov sizin tapşırıqlarınızı nəzərə almır. İH-i başçının bu cür laqeyidliyi sakinləri cana doyurub. Bu gədər özbaşınalıq, saymamazlıq olmaz. Konstitusiya və qanunlarımıza hörmət etmək lazımdır, Siz bunu hər dəfə vurğulayırsınız. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunmazdır və dövlət tərəfindən müdafiə olunur. Hörmətli canab Prezident, biz demokratik dövlətdə yaşayırıq. Demokratik dövlətdə isə qanunun aliliyi ən vacib şərtdir. Siz isə bu qanunun aliliyinin qarantısınız. Ona görə də ümüdümüz ancaq Sizədir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun qanunsuz və özbaşına əməllərinə son qoyulmasına, sakinlərin konstitusion hüquqlarının pozulmamasına köməklik göstərməyinizi Sizdən xahiş edirik. Hörmətlə:
ПРЕЗИДЕНТУ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ ГОСПОДИНУ ИЛЬГАМУ АЛИЕВУ
ОТКРЫТОЕ ПИСЬМО
Господин президент!
Наше письмо – это крик о помощи, адресованное Вам вышеуказанными жителями. Несмотря на то, что мы неоднократно обращались с коллективными жалобами лично к Вам, 1-му Вице-Президенту, администрацию президента, на наши слова правды нет никакого ответа. Надежда только на Вас, господин Президент! Мы уверены, что то, что мы Вам пишем скрывают от Вас. Поэтому мы пришли к общему согласию написать Вам открытое письмо. Глава исполнительной власти насиминского района Асиф Аскеров совместно с руководством ЖСК “Gloria Palace”, злоупотребляя постановлением Кабинета Министров Азербайджанской Республики № 86 от 25.02.2016 года, пытаются выселить нас из наших частных домов. Согласно распоряжению главы ИВ № 196 от 21 октября 2016 года снос участка, на котором мы живем, возложен на ЖСК “Gloria Palace”. Так, в защиту Асифа Аскерова, наперекор Вашим указаниям, в насиминском районном суде поднято исковое заявление против собственников жилого участка, о котором идёт речь, с требованием насильно выселить собственников с выдачей им в дальнейшем 15% дополнительной жилой площади. Таким образом Асиф Аскеров, злоупотребляя своим положением, не стесняется оказывать на суды свое давление. Злоупотребляя решением Кабинета министров № 86 от 25.02.2016 года включил наши дома в список 226-ти домов как «пилотный проект» несмотря на то, что наши дома в этом списке отсутствуют. Однако несмотря на это, дома, входящие в этот список, являются нашей собственностью, Исполнительная Власть под именем «фальшивого пилотного проекта» мучает жителей и использует различные источники давления против жителей. Такое давление с излишком отразилось горькими последствиями. Так, некоторые жители, проживающие на участке, о котором идет речь, не выдержав давления со стороны ИВ и ЖСК заработали сердечно-сосудистые заболевания, диабет. Одна из собственников, Османова Халса Хан гызы, после встречи с чиновниками ИВ получила инсульт на нервной почве и через непродолжительное время скончалась. Несмотря на исходящие от администрации президента поручения Асифу Аскерову провести срочные встречи с жителями, считающий себя всемогущим глава местной ИВ-ти не встречается с жителями, с пренебрежением относится к поступающим ему поручениям исходящие из аппарата президента и не выполняет указания администрации президента. Господин президент! Вы всегда были с народом. В результате продвигаемой Вами правильной политики, вы достигли того, что каждый азербайджанец на международном уровне достойно может сказать – «Я азербайджанец!». Процветающий родной Азербайджан! В своих выступлениях, при назначении очередного главы местной исполнительной власти, Вы неоднократно отмечали, что они должны служить народу, но, похоже Асиф Аскеров не придает значения Вашему поручению. Жители досыта сыты таким безразличием со стороны главы ИВ. Нельзя допускать такого самопроизвола и неуважения. Вы каждый раз подчеркиваете, что необходимо уважать Конституцию и законы. Уважаемый господин президент. Мы живем в демократичном государстве. В демократическом государстве важнейшим условием является верховенство закона. Гарантом верховенства закона являетесь Вы. Вот почему наша надежда только на Вас. Согласно статье 13 части 1-ой Конституции Азербайджанской Республики, в Азербайджанской Республике собственность неприкосновенна и охраняется государством. Принимая во внимание вышесказанное, просим Вас оказать нам содействие и помощь положить конец произволу и антиконституционным действиям со стороны главы исполнительной власти насиминского района Асифа Аскерова.
С уважением:
Məhi ELSEVƏR,
Rüfət RƏHMANOĞLU,
araz.az saytının və «Irəvanın səsi» qəzetinin xüsusi müxbirləri.
araz.az xəbər portalı.