AÇIQLAMA
BAŞ REDAKTOR AYNA-NI MƏHKƏMƏYƏ VERMƏYƏ HAZIRLAŞIR — NƏDƏN?
“Təzadlar” qəzetinin Baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü, jurnalist Asif Mərzili Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini (AYNA) məhkəməyə verməyə hazırlaşır. Bu barədə jurnalist Asif Mərzili araz.az-a özü məlumat verib. Bəs, məhkəmə iddiasına səbəb nədir? Asif Mərzili əməkdaşımıza bunları deyib: “Məsələ belədir: Redaksiyanın ehtiyacları üçün idarə etdiyim “Mersedes — Benz” markalı avtomobilimi…
Ətraflı »Bakı Şəhər Apellyasiya Məhkəməsi Azadlıq Partiyasının fəaliyyətini dayandırıb — PARTİYANIN AÇIQLAMASI
Ədliyyə Nazirliyinin Azadlıq Partiyasının ləğv edilməsi üzrə müraciəti əsasında, Bakı Şəhər Apellyasiya Məhkəməsində məhkəmə prosesi keçirilib. araz.az bildirir ki, dekabrın 5-də hakim Ceyhun Məmmədovun sədrliyi ilə keçirilən prosesdə müraciət təmin olunub. Partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. Qeyd edək ki, bununla bağlı partiya məlumat yayıb. Məlumata əsasən, 2005-ci ildə…
Ətraflı »Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışıb: “Dərhal iş yerləri bərpa olunmalıdır!”
Bakı metrosundakı “20 Yanvar” stansiyasının yeraltı keçidlərində çoxdandır fəaliyyət göstərən kiçik ticarət obyektləri bir müddət öncə, COP29-la bağlı müvəfəqqəti olaraq dayandırılıb. Sahibkarlara isə, sonrakı fəaliyyətləri ilə bağlı heç bir açıqlama verilməyib. Problem qazancını ordan əldə edən insanların haqlı narazılığına səbəb olub. Məsələ ilə bağlı Milli Məclisin…
Ətraflı »“Rusiyanın 3 ayda istehsal etdiyini biz 1 ildə edirik” — ALMANİYANIN MÜDAFİƏ NAZİRİ
Ukraynadakı münaqişə artıq regional müharibə deyil. araz.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib. “Rusiya tamamilə müharibə iqtisadiyyatına keçib. Rusiya üç ayda bütün Avropa Birliyinin bir ildə istehsal etdiyi qədər silah və sursat istehsal edir”, — Pistorius qeyd edib.
Ətraflı »“Mənə bir də bu barədə sual verməyin” — Qurban Qurbanov
“Qarabağ”ın baş nəşqçisi Qurban Qurbanov Azərbaycan milli komandasına rəhbərlik etmək istəmir. araz.az xəbər verir ki, bu barədə o, “Səbail”lə oyundan sonra keçirilən mətbuat konfransında suala cavabda deyib. Qurbanovun sözlərinə görə, onun üçün ən çətin suallar milli ilə bağlıdır:“Orada mənim həmkarlarım var, həm də İcraiyyə Komitəsindəyəm. Xahiş edirəm, mənə bir də…
Ətraflı »İranın yeni paytaxtı hansı şəhər ola bilər?
“Tehranın həddən artıq yüklənməsi Pezeşkianı paytaxtı cənuba köçürməyə vadar edir”. araz.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə İran prezidenti Məsud Pezeşkianın paytaxtı başqa şəhərə köçürməklə bağlı qərarını şərh edərkən deyib. Arzuxan Əlizadə…
Ətraflı »Azərbaycanda alternativ hərbi xidmət yenidən GÜNDƏMDƏ
Son günlər Azərbaycanda alternativ hərbi xidmətlər bağlı məsələ yenidən gündəmə gəlib. araz.az bildirir ki, bir-neçə gün əvvəl mədəniyyət naziri Adil Kərimlinin bu barədə açıqlaması müzakirələrin qızışmasına səbəb olub. “Mədəniyyət sahəsində çalışan bəzi həssas istiqamətlər var ki, onların hərbi xidmətə cəlb edilməsinə baxış fərqli olmalıdır. Bura xoreoqrafiya, balet, milli rəqs və…
Ətraflı »“Vətəndaş qiymətləndirmədən narazı olsa, Palataya müraciət edə biləcək” — VÜQAR ORUC
Azərbaycanda Qiymətləndiricilər Palatasının yaradılması qiymətləndirmə sektorunda qeyri-peşəkar fəaliyyətlərin qarşısını alacaq araz.az bildirir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib. O, qeyd edib ki, bu vaxta qədər qiymətləndirmə sektorunda peşəkar olmayan, hansısa adla qeydiyyatdan keçib müəyyən şəxsi münasibətlər yaxud korporativ əlaqələr hesabına qiymətləndirmə sifarişləri əldə edən şirkətlər və…
Ətraflı »Elşad Musayev: “Deputat seçiləndən 8 nəfəri işlə təmin etmişəm”
“Nümunəvi seçki kampaniyası aparmışıq. Seçicilərimiz də çox açıq dəstək verdilər. Seçicilərlə görüşdə onların bütün problemlərini dinləyir, həlli istiqamətində müəyyən addımlar atmağa çalışırıq”. araz.az bildirir ki, bu sözləri globalinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev deyib. Onun sözlərinə görə, seçicilərin…
Ətraflı »Bu şəxslər hərbi xidmətdən azad edilirlər — Ekspert AÇIQLADI
Azərbaycanda ikili vətəndaşlığı olan şəxslər ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Belə ki, onlar əvvəllər vətəndaşı olduğu ölkədə həqiqi hərbi xidmətdə olubsa, dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. Bu qanun necə tənzimlənir və hansı şəxslərə şamil edilir? araz.az mövzu ilə bağlı redaktor.az–a danışan hərbi ekspert Ədalət Verdiyevin dediklərinə…
Ətraflı »