TƏFƏRRÜAT
Erməni şagird “Azərbaycanı tanıyaq və tanıdaq” müsabiqəsinin qalibi olub
Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində məktəblilər arasında “Azərbaycanı tanıyaq və tanıdaq” mövzusunda keçirilən rəsm müsabiqəsinin qalibləri müəyyən edilib. araz.az Diaspora.TV-yə istinadən xəbər verir ki, bu barədə açıqlamanı Ukraynada yaşayan diaspor qurucularımızdan Eldar Tağıyev verib. E. Tağıyev bildirib ki, şəhərdəki diaspor təşkilatımızın fəaliyyətindəki yeniliklər diqqətə layiqdir: “Həmrəylik bayramımız ərəfəsində şəhərin…
Ətraflı »Sumqayıtda bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirildi
Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən qəzalı körpünün söküntü işlərinə görə bəzi marşrut xətlərinin hərəkət sxemi dəyişdirildi. araz.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilir ki, 16/19, 17, 18 və 27 nömrəli marşrutlar Alı Mustafayev küçəsi (Sumqayıt şəhəri.…
Ətraflı »“Microsoft”a qarşı iddia: 1 milyard dollardan çox təzminat tələb edilir
“Scott+Scott” hüquq firması tərəfindən qaldırılan qrup iddiası şirkəti Britaniyanın korporativ müştərilərini həddindən artıq yükləməkdə ittiham edir. Böyük Britaniyada Amerikanın “Microsoft” texnologiya korporasiyasına qarşı 1 milyard funt sterlinq (1,27 milyard dollar) dəyərində qrup fəaliyyətinə qarşı antiinhisar iddiası qaldırılıb. araz.az AYNA-ya istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat…
Ətraflı »ABŞ müharibələri müttəfiqlərinə yükləyir — Ukrayna Avropanın, Suriya Türkiyənin çiyinlərinə atılır
Suriyada son 3 gündə baş verənlər dünyanın diqqətini Yaxın Şərqdə baş verənlərə yönəldib. Ölkənin şimalında, İdlib bölgəsində mənzillənmiş Heyəti-Təhrir-əş-Şam (HTŞ) qüvvələri 27 noyabr tarixində hücum əməliyyatlarına başlayıb və cəmi 3 gün ərzində Hələbdən Şama qədər bütün ərazilərdə hakimiyyəti ələ keçirib. Türk ordusunun himayəsi ilə yaradılan Suriya Milli Ordusunun da Təl-Rifat…
Ətraflı »Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI
Qırğızıstan gömrük xidmətinin keçmiş rəis müavini Raiymbek Mətraimov dövlət büdcəsinə 200 milyon dollar ödəyib, bundan sonra o, məhkəməsini gözləyən istintaq təcridxanasından azad edilib. O, çirkli pulların yuyulmasında və digər cinayətlərdə ittiham olunur. araz.az xarici mediaya istinadla bildirir ki, Mətraimov azadlığa buraxılsa da, onun ölkədən çıxışı qadağandır. Keçmiş gömrük rəis müavini…
Ətraflı »Jurnalistlərə güzəşt: Gəlirin 75 faizi vergidən azad ediləcək
Jurnalistlərin əldə etdikləri gəlirlərin 75 faizinin hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad ediləcək. araz.az bildirir ki, bu, Vergi Məcəlləsinə təklif edilən yeni 102.1.30-1-ci maddədə əksini tapıb. Layihəyə əsasən, jurnalist fəaliyyəti ilə məşğul olan və həmin fəaliyyət növündən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45000…
Ətraflı »Həbsdə olmasına baxmayaraq, Ramin İsayevin iqlim dəyişmələri mövzusunda nəfis tərtibatlı yeni kitabı nəşr edilib — YENİLƏNİB
Məsuliyyətli COP 29 tədbirinin keçirilməsinə paytaxt Bakının ev sahibliyi başladığı gün, bu mövzu ilə bağlı Ramin İsayevin qələmə aldığı “İqlim dəyişikliyi. Mif və reallıq. Elm və əməkdaşlıq dünyanı xilas edəcək” adlı yeni kitabı “AFPoliqrAF”-da işıq üzü görüb. Yüksək səviyyədə və anlaşılan səlis üslubda yazılan qlobal mövzulu bu kitab geniş oxucu…
Ətraflı »Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifədən uzaqlaşdırılıb
Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Orxan Cəlilov vəzifəsindən uzaqlaşdırılıb. araz.az əldə etdiyi məlumata görə, o, yeni vəzifəyə təyinat alıb. O. Cəlilov Bakupost.az -a açıqlamasında xəbəri təsdiq edib. Bununla belə, hansı vəzifəyə təyinat aldığını açıqlamayıb: “Vaxtı çatanda özüm bu haqda bildirəcəm”. Onu da qeyd edək ki, o, bu il may ayında nazirliyin…
Ətraflı »Bu türk ölkəsi Bakıda COP29 çərçivəsində 3,7 milyardlıq sazişlər imzalayıb
Qazaxıstan COP29 çərçivəsində ümumi dəyəri 3,7 milyard ABŞ dolları olan yeni layihələrin həyata keçirilməsinə dair sazişlər imzalayıb. araz.az xəbər verir ki, bunu Qazaxıstanın energetika nazirinin müavini İlyas Bakıtcan Bakıda COP29 çərçivəsində keçirilən Mərkəzi Asiyada enerji keçidi üzrə İnvestisiya Forumunda bildirib. “İlk növbədə təşkilatçılara təşəkkür etmək və Azərbaycan tərəfini bu böyük…
Ətraflı »İstanbulda Türk Dünyasının “Kızıl Elma ödül töreni” keçirilib: Soydaşlarımız ödül alanlar sırasında
İstanbulda keçirilən Türk Dünyasının “Kızıl Elma ödül töreni”ndə Azərbaycanda fəal olan “Əbədi Birlik” Gənclər İctimai Birliyinin üzvləri mükafatlara layiq görülüblər. Bu barədə araz.az-ın əldə etdiyi məlumata görə, Koray Bozat və Atakan Taşurun təşkilatçılığı ilə keçirilən mükafatlandırma gecəsində “Əbədi Birlik“ Gənclər İctimai Birliyinin fəxri üzvləri və dəstəkçiləri olan Şimali Kipr Parlamentinin…
Ətraflı »