İQTİSADİYYAT
Azərbaycana hibrid mühərrikli ucuz avtomobillər və elektromobillər GƏTİRİLİB
Azərbaycana gətirilən hibrid mühərrikli avtomobillər və elektromobillər ucuzlaşıb. araz.az bildirir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin sentyabrında ölkəyə idxal edilən bir ədəd hibrid avtomobilin orta qiyməti 25 099 dollar olub. Bu da avqust ayı ilə müqayisədə 2 581 dollar və ya 9,3 faiz, 2023-cü ilin sentyabrına nisbətən isə…
Ətraflı »“AzerGold”da təhlükəsiz iş saatları 5,6 milyona yaxınlaşıb
Cari ilin yanvar-sentyabr ayları ərzində “AzerGold” QSC-nin fəaliyyət sahələrində dayanıqlı, təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə əməyin mühafizəsi və texniki təhlükəsizlik, habelə digər əlaqəli sahələr üzrə ardıcıl və sistemli tədbirlər həyata keçirilib. QSC-dən araz.az-a bildirilib ki, nəticədə 2024-cü ilin yanvar-sentyabr ayları ərzində “AzerGold” QSC-də təhlükəsiz iş saatlarının miqdarı 918 min…
Ətraflı »“AzerGold”un sikkə və külçə kolleksiyalarına tələbat artıb
“AzerGold” QSC cari ilin yanvar-sentyabr ayları ərzində qiymətli metalların pərakəndə satış bazarında fəaliyyətini uğurla davam etdirib. QSC-dən araz.az-a bildirilib ki, cari ilin ilk 9 ayı ərzində qurumun rəsmi satış və mübadilə mərkəzində 2582 unsiya qızıl sikkə və külçənin pərakəndə satışı həyata keçirilib. Bununla ötən ilin eyni dövrü ilə müqayisədə qızılın…
Ətraflı »Türkiyə şirkətlər qrupu Azərbaycanda zavodu satın aldı
Azərbaycanda zavodu Türkiyə şirkətlər qrupu satın alıb. araz.az xəbər verir ki, Türkiyə kapitallı “Seyhanlar Group”un “Dəzgahqayırma Zavodu” ASC-nin aktivlərini satın aldığı məlum olub. Zavodun səhmlərinin dəyəri sonuncu dəfə hər biri 1 manat olmaqla 443 787 ədəd idi. Şirvan şəhərində yerləşən zavodun 2024-cü ilin oktyabrında səhmdarlarının toplantısı gözlənilirdi. Zavodun ali idarəetmə…
Ətraflı »“AzerGold”un nümayəndə heyəti “Gədəbəy” saziş sahəsinə səfər etdi — FOTOLAR
“AzerGold” QSC-nin nümayəndə heyəti “R.V. Investment Group Services, LLC” ilə bağlanmış saziş üzrə səlahiyyətlərinin icrası çərçivəsində “Gədəbəy” saziş sahəsinə növbəti dəfə səfər ediblər. Bu barədə QSC-dən araz.az-a daxil olan məlumata görə, Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov və QSC-nin nəzdində yaradılmış İşçi qrupunun üzvləri, o cümlədən digər səlahiyyətli şəxslər…
Ətraflı »“AzerGold” QSC-nin hasilat və satış həcmləri artıb
“AzerGold” QSC 2024-cü ilin yanvar-sentyabr aylarında hasilat və satış əməliyyatlarını uğurla davam etdirib. Qurumdan araz.az-a verilən məlumata görə, sözügedən dövr ərzində Cəmiyyət tərəfindən 48.7 min unsiya həcmində qızıl hasilatı həyata keçirilib. Bununla ötən ilin ilk 9 ayı ilə müqayisədə qızıl hasilatında 27% artım qeydə alınıb. Cari ilin ötən dövrü ərzində…
Ətraflı »Neft Fondunun qızıl alışı artaraq, 127 tona çatıb — BU, FAKTDIR
Bu ilin ilk 9 ayının yekununa olan məlumata görə Dövlət Neft Fondunun investisiya portfelində qızılın payı 17,7 faizə və ya 127 tona çatıb. araz.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin birinci rübünün yekununda Neft Fondunda qızılın həcmi 104,6 ton olub. Qeyd edək ki, ilin ikinci rübünün yekununda…
Ətraflı »“AzerGold” QSC-də hasilatın pay bölgüsü haqqında Saziş üzrə yeni Rəhbər komitənin ilk iclası keçirilib — FOTOLAR
“Gədəbəy”, “Qoşa”, “Xarxar”, “Qaradağ”, “Ordubad” qrupu (“Piyazbaşı”, “Ağyurd”, “Şəkərdərə”, “Kələki”), “Qızılbulaq”, “Dəmirli” və “Vejnəli” qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında “AzerGold” QSC ilə “R.V. Investment Group Services, LLC” arasında bağlanmış saziş üzrə yeni tərkibdə formalaşdırılmış Rəhbər komitənin ilk iclası keçirilib. Bu barədə…
Ətraflı »Bakıda Emin Ağalarovun adına yeni çatdırılma şirkəti yaradılıb — 6560 nəfər işçisi olan bu qurumun layihəsinə qoyulan investisiyalar 7 milyard dollar təşkil edib
Məşhur iş adamı Emin Ağalarovun adına yeni çatdırılma şirkəti təsis edilib. Bu barədə araz.az-ın əldə etdiyi məlumata görə, “Restaurants Delivery by Emin Agalarov” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb. Şirkət Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 3 oktyabr 2024-cü ildə qeydiyyata alınıb. Onun hüquqi ünvanı Bakı…
Ətraflı »SOCAR-ın sabiq vitse-prezidentinin rəhbərlik etdiyi şirkət bağlanır
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) keçmiş vitse-prezidenti Yaşar Lətifovun qanuni təmsilçisi olduğu şirkət ləğv edildiyini açıqlayıb. araz.az-ın əldə etdiyi məlumata görə, söhbət “Texas Nafta İndastriz,İnk Şirkəti”nin Azərbaycan Respublikasindakı Nümayəndəliyindən gedir. Nümayəndəlik ləğv olunduğunu elan edib. Qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 14,…
Ətraflı »